...Asakuranın sözlərinə görə, o, Kuala-Lumpurda (Malayziyanın paytaxtıdır-A.B.) məscidləri ziyarət etmək istəyəndə yerli sakinlər ona yaylıqlar veriblər.
…Hicab mənə çox yaraşırdı. Və insanlar mənə qarşı çox gözəl davranırdı. Düşündüm ki, əgər bu qədər qonaqpərvər və mehribandırlarsa, məni qucaq açıb qarşılayırlarsa, mən niyə onların mədəniyyətini daha yaxından tanımayam?
SİA-nın məlumatına görə, bunu yapon qız xatırlayır.
…Ramazan ayında Asakura ilk oruc tutma təcrübəsini sosial şəbəkədə paylaşıb. O, pərəstişkarlarını dəvət etdiyi iftarın videosunu da yayıb. Bəzi abunəçilər aktrisanı yalnız özünü reklam etmək üçün İslamı qəbul etməkdə ittiham etməyə başlayıblar.
...Əvvəla, mən oruc tuturam. Və mənim niyyətlərim tamamilə Allaha məxsusdur. Beləliklə, mənim üçün narahat olmağa ehtiyac yoxdur, öz həyatlarınıza diqqət yetirmək daha yaxşıdır.
Bununla Asakura onlara cavab verib.
Yapon qadının dediyinə görə, İslamı qəbul etdiyini öyrənən bir çox müsəlman onun yanına xurma, kitab və hətta Məkkədən gətirilmiş səcdəgah kimi hədiyyələrlə gəlməyə başlayanda göz yaşı töküb.
…İnsanlar məni çox dəstəklədikləri və məni mühakimə etmədikləri üçün ağladım.
Bunu da Asakura deyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə