Berlində ən populyar peşə sahibi olan qadınların 50 faizi...

...Almaniyadakı “Neustart” ictimai təşkilatının əməkdaşları müəyyən ediblər ki, Berlin fahişəxanalarında işləyənlərin təxminən 50 faizini ukraynalılar təşkil edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, sosial xidmət məlumatlarını Almaniyanın “Die Welt” qəzeti dərc edir.

Sosial işçilərin sözlərinə görə, Berlində kömək etdikləri qadınlar daha çox Şərqi Avropadandır. Əvvəllər bunlar Bolqarıstan, Rumıniya və Macarıstan vətəndaşları idilərsə, indi onlara Ukraynadan olan həmkarları da qoşulub və hazırda onların təxminən 50 faizi fahişəxanalardadır.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolz ukraynalı qaçqınları tez bir zamanda iş tapmağa çağırmışdı.

Onun sözlərinə görə, Almaniya hökumətinin səyləri sayəsində son vaxtlar işlə təmin olunan ukraynalıların sayı 200 min nəfər artıb.

Eyni zamanda, Şolz, ərizəçilərin daha aşağı ixtisaslara malik bir vəzifə ilə razılaşmalı olduğu normal bir vəziyyət adlandırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə