...Hindistanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 308-ə çatıb, iki yüzdən çox yaralı var. Çoxları hələ də itkin kimi sayılır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, buna səbəb Kerala ştatında iki gündən artıqdır ki, davam edən leysan yağışları olub.
Və sonra dörd saat ərzində üç sürüşmə baş verib. Sürüşmə çoxlu sayda evləri, yolları, körpüləri dağıdıb.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Ərazi it baxıcıları tərəfindən yoxlanılır.
Televiziya Mərkəzi xəbər verir ki, kəsilmiş ərazilərlə əlaqəni bərpa etmək üçün hərbi və ağır ordu texnikası gətirilib.
Əli Babayev.
Bütün xəbərlər Facebook səhifəmizdə