G7 ölkələri İrana Rusiya ilə bağlı çağırış ediblər...

Yeddilik Qrupu (G7) ölkələri İranı Rusiyaya dəstəyi dayandırmağa çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS təşkilatın kommünikesinə istinadən yazır.

Bundan əvvəl İtaliyanın şimalında yerləşən Stresa şəhərində G7 ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərlərinin görüşü keçirilib.

İclasın yekunu üzrə kommünike qəbul edilib.

…Biz İranı Rusiya ordusuna və onun Ukraynaya qarşı fəaliyyətlərinə dəstəyi dayandırmağa çağırırıq.

Bunu iclasdakı rəsmilər qeyd ediblər.

Bundan əlavə, sənəddə G7 ölkələri “Şimali Koreya ilə Rusiya arasında artan hərbi əməkdaşlığı” da pisləyirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə