Ukrayna üçün əlavə hava hücumundan müdafiə sistemləri

Almaniya əlavə hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Handelsblatt” verir.ğ

Verilən məlumatlara görə, “Rheinmetall” konserni Kiyevə ümumi dəyəri 182 milyon avro olan iki Skynex hava hücumundan müdafiə sistemi göndərəcək. Sistemin hücum edən pilotsuz təyyarələri və ya qanadlı raketləri 35 millimetrlik sursatla vurduğu dəqiqləşdirilir.

Bundan əlavə, konsern Ukrayna üçün yük maşınlarına təxminən 12 milyon avro xərcləməyi planlaşdırır. Qeyd olunur ki, xərclər Almaniya hökuməti tərəfindən ödəniləcək - onların hansı büdcə xətti ilə ödənilə biləcəyi məsələsi hazırda araşdırılır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə