Ulduz təsnifatı sistemindən keçmək üçün seminarlar keçiriləcək - AÇIQLAMA
“Bugünkü tədbirimiz ulduz təsnifatı sistemini təqdim etməkdir. İlk öncə Bakıda başlayıb daha sonra regionlarda da bütün bu sistemi başa salacağıq”. SİA-nın məlumatına görə, bunu açıqlamasında Azərbaycan Hotellər Assosiasiyasının icraçı direktoru Günay Sağlam deyib.
O bildirib ki, ulduz almağın prosedurlarını, kriteriyalarını, necə müraciət etmək lazım olduğunu və artıq ulduz təsnifatı sistemindən keçmə proseslərini başa salmaq üçün seminarlar keçiriləcək: “Proses auditorlar tərəfindən həyata keçiriləcək. Onlar müəyyən edilən otelə səfər edəcəklər. Bütün kriteriyalarda sualları cavablandırıb, lazımı sənədləri aldıqdan sonra 1 ay ərzində hotelə komissiyanın cavabını verərək, otelin ulduzlaşması keçəcək. Komissiyada müxtəlif ekspertlərimiz fəaliyyət göstərir. Marketinq platforma üçün ulduzlar üstünlük verən bir anlayışdır. Qonaqların otel seçimində yekun qərarı verən ünsürdür”.
Bütün xəbərlər Facebook səhifəmizdə