2023-cü ilin ilk 5 ayında İstanbula gələn xarici turistlərin sayı

2023-cü ilin may ayında İstanbula gələnlərin 13,61 faizini Rusiya, 8,1 faizini İran, 7,47 faizini Almaniya, 4,36 faizini Amerika, 3,62 faizini Böyük Britaniya, 3,13 faizini Fransa, 2,91 faizini İsraildən gələnlər təşkil edib

2023-cü ilin ilk 5 ayında İstanbula gələn xarici turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 6 milyon 276 min 481 olub. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

2022-ci ilin ilk 5 ayında İstanbula 5 milyon 284 min 714 xarici turist gəlmişdi. Bu rəqəm bu il 19 faiz artaraq 6 milyon 276 min 481-ə çatıb.

Mayda 1 milyon 505 min 948 xarici turist qəbul edən İstanbulda keçən ilin eyni dövründə 1 milyon 402 min 366 xarici turist qonaq olmuşdu.

2023-cü ilin may ayında İstanbula gələnlərin 13,61 faizini Rusiya, 8,1 faizini İran, 7,47 faizini Almaniya, 4,36 faizini Amerika, 3,62 faizini Böyük Britaniya, 3,13 faizini Fransa, 2,91 faizini İsraildən gələnlər təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə