2023-cü ilin ilk 5 ayında İstanbula gələn xarici turistlərin sayı

26 İyun 2023 17:28 (UTC+04:00)

2023-cü ilin ilk 5 ayında İstanbula gələn xarici turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 6 milyon 276 min 481 olub. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

2022-ci ilin ilk 5 ayında İstanbula 5 milyon 284 min 714 xarici turist gəlmişdi. Bu rəqəm bu il 19 faiz artaraq 6 milyon 276 min 481-ə çatıb.

Mayda 1 milyon 505 min 948 xarici turist qəbul edən İstanbulda keçən ilin eyni dövründə 1 milyon 402 min 366 xarici turist qonaq olmuşdu.

2023-cü ilin may ayında İstanbula gələnlərin 13,61 faizini Rusiya, 8,1 faizini İran, 7,47 faizini Almaniya, 4,36 faizini Amerika, 3,62 faizini Böyük Britaniya, 3,13 faizini Fransa, 2,91 faizini İsraildən gələnlər təşkil edib.