Kişi həndbolçularımız “Qraçanisa” klubu ilə oyuna hazırlaşır - FOTOLAR

Kişi həndbolçulardan ibarət komandaların avrokubok mövsümünə start verilib. Azərbycan Həndbol Federasiyasından SİA-ya verilən məlumata görə, qitəmiqyaslı yarışda ölkəmizin idman şərəfini kişi həndbolçulardan ibarət Bakı klubu qoruyacaq.

Fiziki bacarıqların lazımi səviyyəyə çatdırılması məqsədilə həndbolçularımız sentyabrın ikinci öngünlüyündən artıq məşqə çıxırlar. Hazırlıq prosesi həftədə beş dəfə olmaqla baş məşqçi Eldar Fərəcov və köməkçi məşqçi Elnur Cahangirovun rəhbərliyi ilə “AHF Arena” idman kompleksində həyata keçirilir.

Xatırladaq ki, Bakı komandasının Avropa Həndbol Federasiyası (EHF) Avropa kuboku turnirindəki oyunlarının vaxtı da müəyyənləşib. Azərbaycan çempionu ikinci təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Qraçanisa” klubu ilə qarşlaşacaq. İlk oyun oktyabrın 29-da, cavab qarşılaşması isə bir gün sonra keçiriləcək. Görüşlər yerli vaxtla saat 18:00-da başlayacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə