Avarçəkənlər "Be active" idman həftəsində iştirak ediblər - FOTOLAR

28 sentyabr tarixində Gənclər və İdman Nazirliyi Avropa İdman Həftəsi çərçivəsində idman tədbiri təşkil edib. Heydər Əliyev Mərkəzinin qarşısında baş tutan və 2 saat davam edən tədbir zamanı Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası xüsusi ayrılmış ərazidə təmsil olunub. Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbir zamanı ziyarətçilərə avarçəkmənin akademik, kayak və kanoe növlərinə aid qayıqları nümayiş etdirilib, həmçinin bu idman növü haqqında məlumat verilib. Eyni zamanda milli komandamızın üzvləri avarçəkməyə aid trenajor alətlərində əyani olaraq məşq elementləri nümayiş ediblər.

Qeyd edək ki, Azərbaycan Kanoe və Aavarçəkmə Federasiyası ilə yanaşı daha 18 idman federasiyası Avropa İdman Həftəsinə həsr edilən tədbirdə iştirak edib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə