Stolüstü tennisçilərimiz bu il hansı yarışlara qatılıblar? - FEDERASİYANIN BAŞ KATİBİ AÇIQLADI

50-ci illərin əvvəllərində ilk dəfə olaraq Bakı stolüstü tennis bölməsi yaradılıb və sonradan respublika Stolüstü Tennis Federasiyası təsis olunub. Həmin vaxtdan etibarən respublikada bu idman növü üzrə müxtəlif yarışlar keçirilməyə başlanılıb. Hər il olduğu kimi Stolüstü Tennis idman növü üzrə də bu il idmançılarımız bir sıra beynəlxalq yarışlarda iştirak ediblər. Bəs bu yarışlar hansılardır? Stolüstü tennis idman növü üzrə çıxış edən idmançılarımızı qarşıda hansı yarışmalar gözləyir. Mövzu ilə əlaqədar olaraq SİA Azərbaycan Stolüstü Federasiyasına müraciət edib. Müraciət əsnasında Federasiyanın baş katibi Könül Mikayılova cavab verib.

Baş katibin sözlərinə görə stolüstü tennislə məşğul olan idmançılarımız 2022-ci ildə bir çox beynəlxalq turnirdə iştirak ediblər. Belə ki, 13-10 mart tarixində 13 yaşlı idmançılarımız Slovakiyanın Senek şəhərində keçirilən təlim-məşq toplanışında iştirak ediblər. 26 aprel-5 may tarixlərində böyüklər və gənclər üçün nəzərdə tutulan və Türkiyənin Yalova şəhərində keçirilən təlim-məşq toplanışında idmançılarımız iştirak ediblər. Bu təlim-məşq toplanışlarında iştirak etməkdə əsas məqsəd Almaniyanın Berlin, Polşanın Vladislava şəhərində keçirilən “Pro Tur” yarışlarına hazırlıq üçün idi. “Pro Tur” beynəlxalq yarışlar mayın 16-18 tarixlərində Berlində, mayın 20-22-də isə Polşada keçirilib. 6 və 11 iyunda isə 13 yaşlı idmançılarımız Ruminyanın Buzau şəhərində keçirilən “Eurotalens Development” təlim-məşq toplanışında çıxış ediblər.

Yeniyetmələrdən ibarət yığma komandamız çempionatda yaxşı iştirak etsələr də, mükafatçılar sırasında deyildilər. Təbii ki, təlim-məşq toplanışlarımız Bakıda da davamlı olaraq keçirilir. Buna misal olaraq Qax rayonunda təşkil olunmuş təlim-məşq toplanışını göstərmək olar. Qax rayonunda keçirdiyim məşq toplanışının əsas səbəbi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına hazırlığ məqsədi daşıyırdı. V İslam Həmrəliyi Oyunlarında idmançılarımız avqustun 7-11 tarixlərində iştirak ediblər.

Könül Mikayılova onu da qeyd edib ki, stolüstü tennisçilərimiz bu günlərdə Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “WTT YOUTH CONTENDER TBILISI” turnirində 5 mükafat qazanıblar.
11 yaşadək tennisçilərin turnirində etimadı layiqincə doğruldan Yağmur Məmmədli bütün rəqiblərini üstələyərək yarışın baş mükafatını qazanıb.
15 yaşadək idmançıların turnirindəki tennisçimiz Mərziyyə Nurmətova isə yalnız gərgin mübarizə ilə yadda qalan final görüşündə iranlı rəqibinə 2:3 hesabı ilə uduzaraq 2-ci yerlə kifayətlənib.
Həmçinin, seçmə komandanın digər üzvləri - Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutub.
Beləliklə, yeniyetmələrdən ibarət Azərbaycan seçmə komandası 18 ölkə idmançılarının qatıldığı turniri 5 mükafatla başa vurub.

Baş katib bildirib ki, idmançılar 9-16 oktyabr tarixlərində Çexiyanın Havirov şəhərində, 16-23 oktyabr tarixlərində Sloveniyanın Otoçes şəhərində, 22-29 oktyabr tarixlərində isə Fransanın Nant şəhərində keçirilən təlim-məşq toplanışında və beynəlxalq turnirdə çıxış edəcəklər.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə