"Oyun əldən getdi" - BAŞ MƏŞQÇİ AÇIQLADI

"Mənim nə azərbaycanlı oyunçular ilə nə də, onların baş məşqçiləri ilə qərəzim yoxdur". SİA xəbər verir ki, bu sözləri Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adıyev Bakıda keçirilən Azərbaycan-Qazaxıstan oyunundan sonra keçirilən mətbuat konfransında qeyd edib.

Baş məşqçi qeyd edib ki, oyun bitdikdən sonra da Azərbaycan millisinin baş məşqçisini təbrik edib, bundan sonra ki, oyunlarda uğurlar arzu etdim: "Oyunda demək olar ki, nəzarət itmişdi. Mən oyunun istiqamətini dəyişmək istəsəm də, gördüyünüz kimi oyun əldən getdi. Bizim üçün bugünkü oyun böyük bir təcrübə oldu. Biz qrupdan çıxdıq və növbəti mərhələyə vəsiqə qazandıq. Qarşıdan bizi digər oyunlar gözləyir. Ona görə də, biz bu oyunlara hazırlaşmalıyıq".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə