Avropa çempionatı Bakıda keçiriləcək

Avropa çempionatı Bakıda keçiriləcək

Qızlar arasında həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 23-də Lüksemburqda Avropa Həndbol Federasiyasının 16-ci konfransı və 15-ci konqresinə start verilib. Tədbirlərdə ölkəmizi Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov təmsil edir.
3 gün davam edəcək tədbirlərdə Avropa qadın həndbolunun hazırki durumu, iştirakçı federasiyaların sayının artırılması, çimərlik həndbolunun inkişaf perspektivləri, eyni zamanda, 2023-cü ildə qızlar arasında Avropa çempionatlarının təşkil olunacağı yerlərin seçilməsi və digər məsələlər müzakirə olunur.
Bununla yanaşı Avropa Həndbol Federasiyasının İcraiyyə Komitəsinin iclası da keçirilib. İclasda 2005-ci il təvəllüdlü qızlar arasında Avropa çempionatının 2023-cü ildə Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə