"Sabahkı oyun çətin olacaq. Azərbaycan güclü komandadı. Biz bunu bilirik. Maksimum nəticə əldə etmişik, amma sabah qələbə qazanmaq istəyirik". SİA xəbər verir ki, bunu Millətlər Liqasının qrup mərhələsinin son turunda keçiriləcək Azərbaycan – Qazaxıstan matçından öncə keçirilən mətbuat konfransında qonaq komandanın futbolçusu Yan Voroqovski bildirib.
Futbolçu qeyd edib ki, sabah yüz faizlik nəticə əldə edəcəyik: "Hansı taktiki ilə oynamışıqsa, yenə də eynisini tətbiq edəcəyik. Azərbaycanın son 2 oyunda qələbə qazanması sizi narahat etmir. Rəqibi təbrik edirik. Biz onlarə ciddi rəqib hiss edirik. Onlarla oyunda güclü oynamaq lazımdı. Azərbaycanın Slovakiyanı udması sizin üçün sürpriz olmadı. Təbii ki, Azərbaycan güclü rəqibdi. Bu ölkənin "Qarabağ" kimi güclü klubu var. Biz onlara hörmətlə yanaşırıq. Onlardan da eynisini gözləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB