"V-ci Robot Olimpiyadasında 124 komanda iştirak edir" - QURUM RƏSMİSİ AÇIQLADI
"Bu gün ölkəmizdə V Robot Olimpiyadası keçirilir". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman nazirinin müavini Mariana Toteva Vasileva V Robot Olimpiyadasının açılış mərasimində bildirib.
Nazir müavinin sözlərinə görə, olimpiyadanın mövzusu çağdaş dövrümüzlə tam ayaqlaşır: "Bizim bundan sonra istifadə edəcəyimiz hər bir müasir texnika yaradıcı gənclərimiz sayəsində başa gələcək. Gənclər və İdman Nazirliyi 5 il bundan öncə ilk dəfə olaraq ölkəmizdə Robot Olimpiyadasını həyata keçirtdi. O zaman olimpiyada da cəmi 20 komanda iştirak edirdi. Lakin bu il təşkil etdiyimiz V-ci Robot Olimpiyadasında 124 komanda iştirak edir. Komanda əsasən uşaqlardan, yeniyetmələrdən və gənclərdən ibarətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB