Sentyabrın 24-25-də Dünya Robot Olimpiadasının (WRO) Azərbaycan üzrə seçmə mərhələsi olan V Robot Olimpiadası keçirilir. Olimpiada Gənclər və İdman Nazirliyi tərəfindən Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) dəstəyi ilə təşkil edilir.
SİA xəbər verir ki, qalib gələn komandalar 17-19 noyabr 2022-ci il tarixlərdə Almaniyanın Dortmund şəhərində keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər. Bu il seçmə mərhələyə respublikanın 12 şəhər və rayonundan 120-dən çox komanda, 400-dək yeniyetmə və gənc qatılıb.
Dünya Robot Olimpiadasının 2022-ci il üçün mövzusu “Mənim Robotum Mənim Dostum” adlanır. 8-19 yaş arasında olan yeniyetmə və gənclər aşağıdakı kateqoriyalar üzrə mübarizə aparırlar:
• RoboMission – iştirakçılar 3 yaş qrupu üzrə WRO tərəfindən qoyulan məsələni (missiyanı) həll etməyə çalışırlar;
• Future İnnovators - iştirakçıların müxtəlif mövzulara həsr olunmuş innovativ ideyaları və robotik layihələri sərgilənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB