Dünya çempionatına hazırlıq gedir - AQGF PREZİDENTİ AÇIQLADI

Dünya çempionatına hazırlıq gedir  - AQGF PREZİDENTİ AÇIQLADI

Hazırda 14-23 oktyabr 2022-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək Qol güləşi üzrə 43-cü dünya çempionatına hazırlıq gedir. Bu çempionatda ölkəmizin 12 nəfər idmançı ilə təmsil olunması nəzərdə tutulub. Mövzu ilə əlaqədar olaraq SİA-nın sorğusuna Azərbaycan Qol Güləşi Federasiyasının Prezidenti Cəsarət Əhmədov bildirib.

Federasiya Prezidenti açıqlayıb ki, 23-24 iyul 2022-ci il tarixlərində paytaxtın Sabunçu rayonunda yerləşən Bakı Gənclər Mərkəzində Qol güləşi üzrə XIII Ölkə çempionatı keçirilib: "Yarışda Bakı şəhərini və ölkənin bütün digər rayon və şəhərlərini təmsil edən iki yüzə yaxın idmançı iştirak etdilər. İlk dəfə olaraq Ölkə çempionatına Naxçıvan Muxtar Respublikasının təmsilçiləri də qatıldılar. 11 çəki dərəcəsində keçirilən Ölkə çempionatında ayrı-ayrılıqda həm sol, həm də sağ qolda birinci yeri tutan hər idmançıya 200 manat pul mükafatı və çempionluq adını qazanan hər idmançının məşqçisinə də 50 manat məbləğində mükafat verildi".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə