Çexiya “Viktoriya”sının (Plzen) baş məşqçisi Mixal Bilek Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”la qolsuz bərabərə qaldıqları ilk oyundan sonra mətbuat konfransı keçirib. SİA Qol.az-a istinadən xəbər verir ki,o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Biz bu gün açıq futbol sərgiləsəydik, oyun daha sürətli və qaynar keçərdi. Ancaq əsas məqsədimiz müdafiədən oynamaq, əks-hücumlar qurmaq idi.
- Nəticə sizi qane etdi?
- Nəticədən razıyıq. Onsuz da bilirik ki, bizi ölkəmizdə "Qarabağ"la daha ağır oyun gözləyir. Xüsusi hazırlaşacağıq. Oyunun əvvəlindən də bilirdik ki, "Qarabağ" kifayət qədər güclüdür. Üç çox güclü komandanı geridə qoyublar. Gözləyirdik ki, oyun heç-heçə bitər bilər. Şansımız da böyük idi. Müdafiəmiz güclü idi. Bizim şanslarımız daha çox idi.
- Futbolçularınız aqressiv idi və kapitanınız Lukaş Heyda da sarı vərəqə alaraq cəzalı duruma düşdü. Bu barədə nə deyə bilərsiniz?
- Düşünmürəm ki, aqressiv idik. Əsas səbəb o ola bilər ki, hücuma atılmaqda tələsirdik. Bunun təsiri ola bilər. Amma heç bir aqressiya göstərmədən oynadıq. Kapitanımız növbəti matçı buraxacaq. Amma onsuz da yaxşı oyun göstərmək iqtidarındayıq.
- Qapıçınızın çıxışını necə qiymətləndirirsiniz?
- Qapıçımız yaxşı oynadı. Çexiyada ən yaxşı qapıçılardan hesab olunur. Növbəti oyunda da düşünürəm ki, öz formasında olacaq və yüksək səviyyədə oynayacaq.
- Bu gün "Qarabağ" - "Viktoriya", yoxsa "Qarabağ" - qapıçı görüşü 0:0 nəticələndi?
- 0:0 ədalətli nəticədir. Hər iki komandanın şanslarını bərabər görürəm.
- Vatslav Jemelkanın performansından razı qaldınız?
- Bu gün digər matçlardan fərqli idi. Amma ümumi komanda şəklində hamı özünə layiq oyun sərgilədi.
- Azərbaycanlı azarkeşlər sanki özlərini aqressiv göstərirdilər. Oyunçularınız hətta məşq edəndə də onlara təzyiq edirdilər. Bu barədə nə deyə bilərsiniz?
- Düşünmürəm ki, bizə qarşı aqressiv idilər. Əksinə, oyun çox gözəl atmosferdə keçdi. Ölkəmizdəki matçda da öz azarkeşlərimizdən bu cür atmosfer gözləyirəm.
- "Viktoriya"ya mərhələ keçmək üçün hansı amil kömək olacaq?
- Əsasən qapının qorunması.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Verxniy Larsda böyük bir növbə yaranıb...
Dünya 19:28Gülməli insanlar...
Dünya 19:04Yuri Felştinski: Putin taktikasını dəyişir...
Dünya 18:27Leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Maraqlı 18:13CNN: Çin qurumları İrana kömək edir...
Dünya 17:42Tramp: İran nüvə silahına sahib ola bilməz
Dünya 17:24Məsud Pezeşkyan Trampla görüşməkdən imtina edib
Siyasət 16:35Jurnalistlərin IX qurultayı nə vaxt keçiriləcək?
Sosial 15:31Latviyada 27 Sentyabr - Anım Günü qeyd olunub
Qarabağ 15:27SOCAR və VNG strateji əməkdaşlıq haqda Saziş imzalayıb
İqtisadiyyat 15:23Rəşad Nəbiyev: "Regional rəqəmsal sənaye mərkəzinə çevrilməyi hədəfləyirik"
İqtisadiyyat 15:16Macarıstan portalı 27 Sentyabr – Anım Günündən yazıb
Qarabağ 15:14SOCAR və SEFE enerji infrastrukturunda əməkdaşlığı genişləndirir
İqtisadiyyat 15:11Xamenei sağlamdır və...
Dünya 15:08SOCAR və "Apollo" upstream layihələrinə investisiya imkanlarını araşdıracaq
İqtisadiyyat 14:57AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb
İqtisadiyyat 14:28Cəlal Qasımov: Süni intellekt dövründə bilik adi bir resursa çevrilir
İqtisadiyyat 14:15Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 13:47Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
Sosial 12:51İrana qarşı hava zərbələri bərpa edilir
Dünya 12:50Ağ Ev CNN-ə qadağa qoydu
Dünya 12:44Tramp ABŞ, Rusiya və Çin arasında danışıqlara başlayır
Siyasət 12:41Anım Günü – Zəfər tariximizin yaddaşı - ŞƏRH
Siyasət 12:37Anım Günü –Zəfər tariximizin yaddaşı - MƏQALƏ
Sosial 12:32Sərhədləri aşan etimad – ANALİZ
Siyasət 12:14Rəsm müsabiqəsinin finalçıları müəyyənləşib
Sosial 11:12Prezident İlham Əliyev Forumdan paylaşım etdi
Siyasət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
+100,00%
-
EUR
1,9329
+100,00%
-
GBP
2,2461
+100,00%
-
RUB
2,0000
+100,00%



