3 klub üçün böyük bir təhlükə

UEFA Avropa Super Liqasına qatılan və daha sonra liqanı tərk edən 9 klubun cəzalarını açıqladı. SİA-nın verdiyi məlumata görə, ancaq digər 3 klub üçün fərqli bir ssenari gözlənilir.

Buna görə, bir mövsümdə UEFA turnirlərindən əldə olunan gəlirin yüzdə 5-i üzr istəyən və Avropa Super Liqası təşəbbüsünün səhv olduğunu etiraf edən bu klublar tərəfindən veriləcək. UEFA-ya və təşkilatlara sadiq qalacağına söz verən klublar bənzər bir turnirdə iştirak edərsə, 100 milyon avro, öhdəliklərini pozduqları təqdirdə 50 milyon avro ödəyəcəklər.

Avropa Super Liqasını tərk etməyən üç klub var. "Real Madrid", "Barselona" və "Juventus" turnirdən geri çəkilmədi. UEFA bu üç klub üçün intizam icraatı başlatdı. Cəzanın nə olacağı hələ bəlli deyil amma İspaniya mətbuatından təəccüblü bir iddia gəlib.

"Cope"un hesabatına görə, UEFA prezidenti Aleksander Ceferin üç klubun cəzalandırılması üçün İstanbulda finalı gözləyir. Ceferin, İstanbulda oynanacaq finaldan sonra bu üç klubu Avropadan iki il müddətinə kənarlaşdırmağı təklif edəcək. Bu təklif qəbul olunarsa, "Real Madrid", "Barselona" və "Juventus" bir müddət Avropa kuboklarında iştirak edə bilməyəcək.

Liqanı tərk edən 9 kluba verilən cəzanın ardından Ceferin aşağıdakı ifadələri istifadə etdi: "Bu cərimələrin heç biri UEFA tərəfindən tutulmayacaq. Avropadakı gənclər futboluna investisiya qoyuluşuna xərclənəcək. Doqquz klub səhvlərini başa düşdü və Avropa futboluna sadiq qaldıqlarını göstərmək üçün hərəkətə keçdi. Ancaq eyni sözləri bu şəkildə qalan klublar üçün demək olmaz. UEFA bu klublarla daha sonra məşğul olacaq".

Avropa Super Liqasının elanından sonra futbol aləmindən böyük reaksiya gəldi və azarkeşlər klublara etiraz etdilər. Etirazların ardından "Mançester Siti", "Mançester United", "Arsenal", "Tottenham", "Çelsi", "Liverpool", "Milan", "İnter" və "Atletiko Madrid" turnirdən çıxdılar.

Avropa Super Liqasının prezidenti Florentino Perez, formalaşmanın davam edəcəyini ancaq təxirə salındığını söylədi. Juventusun baş məşqçisi Andrea Agnelli də Super Liqada israr edirdi, Barselona prezidenti Joan Laporta isə Avropa Super Liqasına bir zərurət olduğunu vurğulayıb.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...