"Sumqayıt" "Qaradağ Lökbatan"ı darmadağın edib

"Sumqayıt" futbol klubu yaranmış fasilə ilə əlaqədar yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, Aqil Məmmədovun komandası I Divizion təmsilçisi "Qaradağ Lökbatan" üzərində 6:1 hesablı qələbə qazanıb. Komandanın qollarını Ağabala Ramazanov (2), Nuran Qurbanov (2), Fuad Məmmədzadə və Bəxtiyar Həsənalızadə vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə