Dərinizin gec qocalmasını təmin etmək istəyirsinizsə...

Dərinin qocalmasını ləngidə bilərsiniz, ancaq onu dayandıra bilməzsiniz. Vaxtından əvvəl qocalmış dərinizi bərpa etmək çox çətindir. Buna görə də cildinizi qorumaq və qocalmanın təsirlərini azaltmaq prioritetiniz olmalıdır. SİA sizə dərinizin gec qocalması üçün nələri etməli olduğunuzu təqdim edir.

1. Dəriyə qulluqda heç vaxt 3 əsas qaydanı unutmayın. İlk növbədə özünüzü günəşdən qoruyun, gündə 2 dəfə dərinizi təmizləyin və nəmləndirin.

2. Tərkibində hialuron turşusu olan məhsulları və nəmləndiricilərdən istifadə edin.

3. Dərinizdə kollagen istehsalını artırmaq üçün C vitamini lazımdır. C vitamini bədəndə yığılmır, buna görə də dəriniz üçün gündəlik C vitamini ehtiyacınızı qarşıladığınızdan əmin olmalısınız.

4. Sızanaq probleminiz varsa, gündəlik sink qəbulunuzu artırmaq dəstək ola bilər. Sink çatışmazlığı sızanaq problemlərinə səbəb ola bilər.

5. Kokos yağı ilə gecəni yatmaq böyük bir baxım təmin edə bilər, lakin komedogen səviyyəsi yüksək olan bu yağ məsamələri bağlaya bilər, buna görə də ertəsi gün dərinizi yaxşıca təmizləyin.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə