Peyvənddən əvvəl və sonra necə qidalanmalı? - ARAŞDIRMA

Hər şeydən əvvəl bu problemi həll edən xarici mənbələrdəki məlumatlara görə, antiinflamatuar qidaların və ya C vitamini kimi əlavələrin Covid-19 peyvəndinə daha təsirli olacağını dəstəkləyən kifayət qədər araşdırma yoxdur. Bununla birlikdə, yüksək kalorili qidaların istehlakı və C vitamini qəbul etmək immunitet sisteminə kömək edir. Qidalanma ilə bədən arasındakı əlaqəni ortaya qoyan işləri ilə məşhur olan həkim Viliam məsələyə münasibət bildirərkən qeyd edib ki, hər hansı bir şeyin Covid-19 peyvəndini daha təsirli hala gətirdiyinə dair qəti bir məlumat yoxdur: “Vaksinin bədəndəki reaksiyasını artıracağını iddia edən hər hansı qida əlavəsindən və ya məhsuldan ehtiyatlı olmaq lazımdır". SİA həmin araşdırmanı təqdim edir.

Həkim Luis Malinovun fikirlərinə görə, uzun müddətli pəhriz virusdan qorunma gücünü artıraraq, infeksiyalarla daha yaxşı mübarizə aparmağa kömək edə bilər: “Yalnız peyvəndə görə deyil, ümumiyyətlə işlənmiş qidaların istehlakını azaldın. "Fast food" kimi qidalar və qəlyanaltı olaraq seçim etdiyimiz qablaşdırılmış məhsulların tərkibindəki zərərli yağlar bədəndə iltihaba səbəb olur. Bunun əvəzinə fındıq, zeytun yağı, badam, qoz, balıq, meyvə və tərəvəz kimi qidalara diqqət yetirin. Peyvənd olunduqdan sonra iltihab əleyhinə qidalar qəbul edə bilərsiniz, ancaq bu peyvəndin yan təsirlərini azaltmayacaq. Peyvənddən sonra yeyə biləcəyiniz asan və rahat yemək axtarırsınızsa, əriştə ilə toyuq suyu şorbası bunun üçün idealdır.

Peyvəndə gedərkən ac ya tox olmalısınız?

Məlumatlara görə, Covid-19 peyvəndi olmaq üçün ac qalmaq önəmli deyil. İynə qorxusundan ürək bulanması olan bir insansınızsa, aclıq sizdə başgicəllənmə və huşunu itirmə ehtimallarını artırır. Tövsiyə olunur ki, evdə hazırlanan qatıq, meyvə, yumurta kimi qidalardan istifadə edin. Peyvənddən sonra qol ağrısı, yüngül qızdırma və ya bədən ağrıları kimi yan təsirlər yaşana bilər. Mütəxəssislər bunun immunitet sisteminizin aktiv olduğunu göstərdiyini deyir. Bu simptomları aradan qaldırmaq üçün həkiminizin təyin etdiyi ağrı kəsicilərindən istifadə edə bilərsiniz.

Nə qədər su qəbul olunmalıdır?

Mütəxəssislər Covid-19 peyvəndindən əvvəl və sonra kifayət qədər su qəbul etməyin son dərəcə vacib olduğunu deyirlər. Su istehlakı, bütün bədən tarazlığını təmin etməklə yanaşı, peyvənd prosesində də bədəni dəstəkləyir. Həmçinin, immunitet sistemini artırmaq üçün meyvə, tərəvəz və bulyon əsaslı qidalar da istehlak edilə bilər. Peyvəndin yan təsiri kimi baş verən qızdırma halında, su bədəniniz üçün də bir qalxan olacaqdır.

Spirtli içki içməyin, çünki ...

Peyvənddən bir gün əvvəl və sonra alkoqoldan çəkinmək tövsiyə olunur, çünki, spirt immunitet sistemini boğub bədəni susuzlaşdırır. Alkoqol istifadəsi bəzən, Covid-19 ilə əlaqəli kəskin tənəffüs çətinliyi sindromu və sətəlcəm riskini artıra bilər. Ümumiyyətlə, spirtli içki qəbul etmək bədəninizin infeksiya ilə mübarizə qabiliyyətini zəiflədir, ağırlaşma riskini artırır və xəstə olduğunuz təqdirdə sağalmanı daha da çətinləşdirir.

Doyunca yatın...

Sağlam bir pəhrizlə yanaşı, peyvənddən əvvəl yaxşı bir yuxu almaq da vacibdir. Çünki, pis bir gecə yuxusu immunitet gücünü yüzdə 70 azalda bilər. Mütəxəssislər, bədəniniz müdafiəsini bərpa etmək üçün yuxudan istifadə edir və xroniki yuxusuzluq immunitet sistemini boğur. Yaxşı yatmadınızsa, narahat olmayın, keyfiyyətli yuxu almağın yollarını axtarın.

İdmanla məşğul olmaq olar?

Xüsusilə, peyvənddən sonra özünüzü pis hiss edirsinizsə, idman son dərəcə vacibdir. Həmçinin, özünüzü yaxşı hiss edirsinizsə, mütəxəssislər sürətli bir gəzintiyə çıxa biləcəyinizi söyləyirlər. Bu, insanın qan dövranını sürətləndirərək immuniteti artırmağın ən yaxşı yolu olaraq izah edilir. Sağlam bir həyat antikor reaksiyasına təsir edir. Pəhriz tərkibi və forması, yuxu rejimi, fiziki məşqlər, siqaret çəkməmək, alkoqol istifadəsi, stres və gigiyena şərtlərinə riayət etmək kimi həyat tərzi dəyişiklikləri immunitet sisteminə və bu səbəbdən peyvənddən sonra antikor reaksiyasına əhəmiyyətli dərəcədə təsir edən amillərdir. Koronavirus peyvəndindən əvvəl və sonra pəhriz antikor reaksiyası baxımından təyin olunur. Təzə, təmiz, yerli istehsal olan tərəvəz və meyvələrdən ibarət pəhriz mümkündürsə, antikor reaksiyasını müsbət təsir edir. Elmi araşdırmalarda, gündə 5 porsiya və ya daha çox tərəvəz və meyvə istehlak edənlərin antikor reaksiyasının gündə 3 porsiyadan az tərəvəz və meyvə yeyənlərə nisbətən daha yüksək olduğu aşkar edilib.

Məsələ ilə əlaqədar danışan həkim Ayça Kaya da əlavə edib ki, qatqısı olan maddələrdən çəkinin: "Peyvənd üçün ac və ya tox olmağınızın heç bir əhəmiyyəti yoxdur. Ancaq peyvənddən sonra maska, sosial məsafə qaydalarına riayət etməklə birlikdə, immunitet sistemimizi güclü tutmaq üçün adekvat və balanslı qidalanmağa da diqqət göstərməliyik. Bu baxımdan, vitamin-mineral çatışmazlığınız varsa, mütləq həkim tövsiyəsi ilə vitamin qəbul etməli, immunitet sistemini zəiflədən qatqı maddələrindən uzaq olmalı, əsas qida baxımından balanslı pəhriz etmək lazımdır. Bütün bunlara əlavə olaraq güclü immunitet sisteminə sahib olmaq üçün nizamlı şəkildə idman etmək və keyfiyyətli yuxunun vacibliyini də unutmamalıyıq".

Həkim Oğuz Özyaral bədəni kənar bütün təhlükələrdən qorumağın yollarından bəhs edərkən bildirib ki, Covid-19 prosesi bizə adekvat qidalanmanın əslində tam doymaq olmadığını öyrətdi. Tam doyuran, lakin qidalandırmayan məhsullardan uzaq durun. Həmişə bunları söyləyirik ki, nə yesən, o olarsan. Peyvənddən əvvəl və sonra bu hal eynidir. Balanslı qidalanma, keyfiyyətli və düzgün yuxu, idman, hobbilərimizlə məşğul olmaq bizi həqiqətən qoruyur. İmmunitet sistemimizi tək yönlü fast-fud tərzi qidalar və vitamin əlavələri ilə gücləndirməyimiz mümkün deyil. Hər zaman qazan yeməklərinə üstünlük verməliyik. Şəkərli və yağlı qidalardan mütləq uzaqlaşın. Təzə və qurudulmuş meyvələrdən kifayət qədər qidalandırıcı şəkər almaq mümkündür. Bundan əlavə, masalarda daim təbii bal olmalıdır".

Mövsümi tərəvəz və meyvələri mütləq yemək lazımdır, çünki onlar suda B, C və yağda həll olunan A, D, E, K vitaminləri ilə zəngindir. Hər biri yaxşı bir antioksidan qaynağıdır və toxunulmazlığımızı gücləndirir. Yaşıl qidalar, xüsusilə, böyük yarpaqlı yaşıl tərəvəzlər, yerkökü və gül kələmi A vitamini ilə zəngindir. Digər tərəfdən, limon, yaşıl bibər, naringi, portağal, qreyfurt, gavalı, qara üzüm, böyürtkən, ispanaq, turp, cəfəri tam C vitamini mağazasıdır. Yaşıl yarpaqlı tərəvəzlər və yağlı toxumlar, fındıq, fıstıq, qoz və balıq da E vitamininin təbii mənbəyidir. Balıq B12 və B6 ilə yanaşı, Omega-3 və 9 ilə də zəngindir. Həftədə iki dəfə istifadə etsək çox faydalıdır. İmmuniteti artırmaqda maye qəbulunun rolu mübahisəsizdir, xüsusən də bol su içmək. Bundan əlavə, ayran, təbii sıxılmış təzə meyvə suları maye ehtiyacımızın bir hissəsini qarşılayır. Yoluxucu Xəstəliklər Mütəxəssisi Yasemin Akkoyunlunun sözlərinə görə, həm Covid-19 xəstəliyinə yoluxan, həm də xəstəliyin qarşısını almaq üçün peyvənd olunarkən sağlam bir pəhrizə xüsusi diqqət yetirilməlidir. Vaksinin hədəf aldığı immunitet üçün bədənin blokları tam olmalıdır. Hər şeydən əvvəl, araşdırmalarda D vitamini çatışmazlığı aşkarlananlar xəstəliyi daha ağır keçirir, bu səbəbdən onların vitamin səviyyəsi yoxlanılmalı və dəyişdirilməlidir. Eyni zamanda, B12 kimi digər vitamin çatışmazlıqlarını da aradan qaldırılmalı və C vitamini ilə bol sitrus meyvələri, tünd yaşıl yarpaqlı tərəvəzlər və təzə meyvələr gündəlik olaraq qəbul edilməlidir. İmmuniteti artırdığı elmi araşdırmalarla təsdiqlənmiş soyuq sıxılmış çörəkotu yağı axşam yeməkdən sonra 1 çay qaşığı qədər istifadə edilə bilər və ya salat, səhər yeməyi, soyuq şorba kimi yeməklər də çörəkotu toxumu əlavə edilərək yeyilə bilər. Göbələklər beta qlükan tərkibi ilə immuniteti dəstəkləyərək, pəhrizə əlavə edilə bilər və ya pəhriz əlavəsi kimi qəbul edilə bilər. Arıların özlərini qorumaq üçün istehsal etdikləri propolis, antibakterial və antiviral aktivliyə sahib olan və immuniteti gücləndirən maddədir. Dini cəhəttən həssas insanlar kiçik bir çörəyin üzərinə alkoqollu damcılardan istifadə edə, 20-30 dəqiqə gözləyib və alkoqolun buxarlanmasına gözləyə bilərlər. Bundan əlavə, bal ilə qarışdırılmış və istifadəsi daha asan hazır pastalara üstünlük verilə bilər.

Müəllif: Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə