Daha 9 koronavirus xəstəsi barədə cinayət işi başlandı

Dekabrın 3-də respublika ərazisində yaşayış yerini tərk edən daha 18 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, həmin şəxslər ictimai yerlərdə aşkar ediliblər: "Saxlanılan xəstələrdən 13 nəfər evə qaytarılıb, daha ağır olan 5 nəfər isə xəstəxanaya yerləşdirilib. Saxlanılan şəxslərdən 9 nəfər barədə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə cinayət işi başlanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə