"İnsan xoşbəxtliyi öz düşüncəsi ilə əldə edə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
“Xoşbəxtlik çox geniş və nisbi bir anlayışdır. Xoşbəxtlik anlayışı zaman və məkan baxımından dəyişkəndir. Zaman və məkan baxımından dəyişkən olmağı o deməkdir ki, bu coğrafiyada yaşayan insanlar hansı dəyərlərə üstünlük verir. Yəni onlar hansı dəyərlər və meyarlar üzərindən özlərini xoşbəxt hiss edirlər. İnsanlar bu baxımdan qarşılarına qoyduğu məqsədə çatırlar və bununla özlərini xoşbəxt hiss edə bilirlər. Bizim qərb cəmiyyəti üçün xoşbəxtlik kriteriyaları şərq cəmiyyəti üçün eyni olmaya bilər. Yəni xoşbəxtlik anlayışı zaman və məkan baxımlndan fərqlidir. Həm də coğrafi baxımdan müxtəlif ölkələrin fərqli xoşbəxtlik krtiteriyalarını qeyd edə bilərik”. Bu sözləri sosioloq Ağasəlim Həsənov SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, 1000 yaxud 100 illər öncə insanlar özlərini nədən xoşbəxt hiss edirlər sualına aydınlıq gətirmək lazımdır: “İndiki zamanda müasirləşmək prosesi davam etdikcə, xoşbəxtlik kriteriyaları da dəyişməyə məruz qalır. Bu cəmiyyətə xas bir prosesdir və daima müşahidə olunur. O ki qaldı onların nəyisə sataraq yaxud əldə edərək xoşbəxt olmaq arzusuna, təbii ki, bu başa düşüləndir. Bəşəriyyət həyatında bu hər zaman insana xas xüsusiyyət kimi özünü göstərib və təzahür etmişdir. Əslində insanların yaxşı yaşamaq arzusu başa düşüləndir. Sadəcə xoşbəxtlik anlayışını mifik fikir kimi, həyatın problemsiz keçəcəyi və varlı olduqda belə onu əldə edəcək kimi düşüncələr mövcuddur. Müasir dövrdə insanların xoşbəxtlik haqqında anlayışı həm qərb, həm də uzaq şərq cəmiyyətində maddiyatla bağlıdır.
Sosioloq həmçinin bildirib ki, insanların düşüncəsinə görə, maddi həyatı yaxşı olan yaxud bütün təlabatları ödənilmiş birinin arzusu bitir və onunla xoşbəxt olur: “Əslində belə deyil. İnsan təlabatlarına, hədəflədiyi bir həyata çatsa belə, onun yenidən təlabtları və arzuları dəyişməyə məruz qalır.
Xoşbəxtlik anlayışına əgər fəlsəfi tərəfdən yanaşsaq, bu bir dərketmə məsələsidir. İnsanın xoşbəxt olması ilk növbədə özünü və ətrafdakı insanları dərk etməsindən qaynaqlanır. İnsan xoşbəxtliyi öz düşüncəsi ilə əldə edə bilər. İnsanlara sosial rifah verməklə və həyatın maddi cəhətdən ən yüksək səviyyəsinə çıxarmaqla xoşbəxt olunmaq düşüncəsi yanlışdır. İnsanın təlabatları bitmir, ardınca digər təlabatı formalaşa bilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə