Uşağını döyənlər necə cəzalandırılmalıdır? - VƏKİL AÇIQLADI

Ötən gün Xudatda anası tərəfindən azyaşlı döyülərək xəstəxanalıq olub. Səbəb də onun dərslərini oxumaması olub. Belə analara qarşı hansı hüquqi tədbirlər görülməlidir? Onlar necə cəzalandırılmalıdır? SİA mövzu ilə bağlı vəkil Turan Abdullazadə deyib.

Vəkil sözlərinə belə davam edib: "“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, Valideynlərin və ya digər şəxslərin uşaqlarla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, uşaqların hüquqlarını pozması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada valideynlik hüquqlarından məhrum edilməyə, habelə inzibati və ya cinayət məs uliyyətinə səbəb olur.
Həmin qanuna əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.

Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən, valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:
1) öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
2) alimenti qəsdən ödəmədikdə;
3) heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə
4) valideynlik hüquqlarından sui-istifadə etdikdə;
5) uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə
6) xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
7) uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə;
8) uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə

Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə