Türk müğənni Pərviz Bülbüləni paylaşdı

Məşhur türk müğənni Serdar Ortaç azərbaycanlı ifaçılarla bağlı paylaşım etməyə davam edir. SİA xəbər verir ki, sənətçi bu dəfə meyxanaçı Pərviz Bülbülənin “Bilmirəm” şeirini “İnstaqram” hesabında izləyicilərlə bölüşüb.

Qeyd edək ki, Ortaç bundan öncə mərhum Əməkdar artistlər Baloğlan Əşrəfov, Məhəbbət Kazımovun mahnılarını səsləndirib. Bundan başqa, Əməkdar artist Elnarə Abdullayeva barədə də paylaşımlar edib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə