Sənətçilər mükafat üstündə dalaşdılar

"Şou Prodakşın"ın təşkilatçılığı ilə "İlin Favoriti" mükafatının təqdimetmə mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mükafat alanlar sırasında müğənnilər Natəvan Həbibi, Elnur Məmmədov, Yaşar Cəlilov, Yaşar Yusub, Ramal İsrafilov, Ramal Əsədzadə, Səidə Sultan, Aysel Əlizadə, Leyla Ramazanlı, Lamiyə Novruzova, rəqqasə Oksana, prodüsser Tarix Əliyev (Tolik), TV və radionun maqazin verilişlərinə, aparıcılara, rejissorlara, prodüserlərə, qəzet və internet portallarına və onların yazarlarına, model ve modelyerlərə təqdim olunub.

Gecədə maraqlı məqamlar da yaşanıb. Belə ki, Ramal İsrafilov, Səidə Sultan və Əkbər diplomlarını almadan zalı tərk ediblər. Buna səbəb mükafatın onlara digər həmkarlarından gec verilməsi olub.

Tədbirdə yadda qalan anlardan biri isə Yaşar Cəlilovla Yaşar Yusubun diplomlarının səhv düşməsi olub.

Qeyd edək ki, "İlin çalışqan maqazin jurnalisti" mükafatına Səs İnformasiya Agentliyinin əməkdaşı Ceyran Əsgərova da layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...