"Hər bir halda ən pis sülh müharibədən yaxşıdır" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

“Rusiya-Ukrayna müharibəsinin davam etməsi bütün bəşəriyyəti narahat edən prosesdir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildiirb.

Millət vəkili qeyd edib ki, hər iki tərəfdə geri çəkilmək istəmir: “Belə olan halda da, iki Slavyan xalqı bir-birini qırır. Belə olduğu halda da infrasturuktur dağılaraq, insanların yaşayış səviyyəsi çox aşağı enir. Hər bir halda ən pis sülh müharibədən yaxşıdır. Təbii ki, Qərbin Ukraynaya dəstəyi Ukraynanın müqavimətini artırır. Rusiyada özünü sındırmaq istəmir, qismən səfərbərlik elan edərək daha böyük ordu ilə Ukraynanın üzərinə getmək fikrindədir. Hətta Ukraynanı nüvə ilə hədələyir. Dünyanı idarə edən qüvvələr bu cür müharibələrin qarşısını almaq məcburiyyətindədir. Çünki belə müharibələr bəşəriyyətin inkişafına çox ciddi zərərlər verir. Buna görə də hesab edirəm ki, müəyyən yollar axtararaq bu müharibənin qarşısı alınmalıdır. Türkiyə dövləti bu iki dövlət arasında sülhün bərqərar olmasını istəyir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə