Erməni təxribatları nə zaman sonlanacaq? - HƏRBİ EKSPERT DANIŞDI

Erməni təxribatları nə zaman sonlanacaq? - HƏRBİ EKSPERT DANIŞDI

“Erməni təxribatlarının nə zaman bitəcəyini kimsə deyə bilməz”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi-ekspert Ədalət Verdiyev bildirib.

Hərbi ekspert qeyd edib ki, biz Ermənistanı yaxşı tanıyırıq: “Onlar hər zaman öz maraqları çərçivəsində hərəkət edirlər. Biz isə onların addımlarını proqnozlaşdıra bilirik. Ermənistan bu qədər itkilərə məruz qalmasına rəğmən yenə də atəşkəsi pozur. Əgər onlar bu qədər itki verərək yenə də əməliyyatlar həyata keçirirsə, deməli, onların həyata keçirdiyi əməliyyatlar normal insan məntiqi ilə edilmir. Onlar nə qədər ki, belə təxribatlar həyata keçirəcəklər, bir o qədər də sərt adekvat cavablarla susdurulacaqlar. Lakin belə təxribatların sonlanması üçün sülh müqaviləsinin imzalanması bəlkə də bu kimi əməllərin qarşısını ala bilər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə