"Hücum əməliyyatları Kiyev tərəfindən həyata keçirilir" - POLİTOLOQ ŞƏRH ETDİ
“Rusiya-Ukrayna müharibəsi müxtəlif sülh və danışıq istiqamətində səylərin olmasına baxmayaraq davam edir. Bu müharibə fonunda Qərb siyasi, iqtisadi və hərbi dəstəyini Ukraynaya göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Politoloq qeyd edib ki, yardımın artırılması Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi, sərhədlərin toxunulmazlığı və suverenliyi istiqamətindədir: “Xüsusilə “Lendlis” proqramı çərçivəsində yardımın elan olunması Ukraynaya böyük üstünlük qazandırdı. Demək olar ki, bütün istiqamətlərdə əks-hücum əməliyyatları Kiyev tərəfindən həyata keçirilir. Rusiya tərəfi isə qismən səfərbərlik elan etdi. Rusiya tarixində indiyənə kimi 3 dəfə səfərbərlik elan olunub. Bunlar 1914, 1941 və 2022-ci illərdə baş verib.
Əfqanıstanda həyata keçirilən SSRİ-nin əməliyyatı zamanı səfərbərlik elan olunmamışdır, lakin orduya vətəndaşlar çağırılırdı. Ancaq bu açıq şəkildə həyata keçirilmirdi. Ona görə də Rusiyanın tarixində də hazırki durum çox böyük əhəmiyyət kəsb edir və canlı qüvvənin çatışmamazlığı rus hakimiyyətini bu addımı atmasına vadar edib. Həmçinin Ukrayna tərəfi Qərbin köməyini müxtəlif istiqamətlərdə icra edir. Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar uzun müddətli xarakter daşıyır. Bütün bunlar Rusiyanın iqtisadi dayanıqlılığını qırmaq üçün edilir. Rusiya isə öz ətrafında müxtəlif dövlətləri birləşdirmək və yaxud da koalisiya yaratmaq fikrindədir. Düşünürəm ki, ilin sonuna qədər Rusiya-Ukrayna müharibəsində əsaslı bir dönüş həyata keçirilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB