"3-cü dünya müharibəsinin başlayacağını dilə gətirmək istəməzdim" - POLİTOLOQ ŞƏRH EDİ

"Doğrusu, 3-cü dünya müharibəsinin başlayacağını dilə gətirmək istəməzdim. Ancaq bu gün dünyada baş verən hadisələr, eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin pərdə arxasında ABŞ və İngiltərənin rolunu görəndə artıq üçüncü dünya müharibəsinin başlanması üçün fitilin yandırıldığını söyləmək olar". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev bildirib.

Onun sözlərinə görə, beynəlxalq güclərin bugünkü davranışı üçüncü dünya müaribəsinin başlanması üçün yandırılmış fitilin söndürülməsinə xidmət etmir: "Sadəcə böyük bir partlayışın olması üçün yanan fitilin barıt toplandığı nöqtəyə çatması lazımdır. Bu partlayışın isə nə zaman olacağını söyləmək çətindir. Çünki, gözlənilən partlayış xəbərdarlıq olmadan baş verəcək. Bəs yanan fitili söndürmək dünyanı üçüncü dünya müaribəsi təlükəsindən xilas etmək mümkündürmü? Düşünürəm ki, mövcud diplomatik imkanlarla yandırılan fitili söndürmək mümkün olmayacaq. Belə ki, zamanında dünyanı öz çətiri altında toplamış Birləşmiş Millətlər Təşkilatının fəaliyyəti sıfıra endirilib. BMT-nin əlində heç bir “qayçı” yoxdur ki, qlobal güclər tərəfindən yandırılmış fitili kəsə bilsin. Əksinə, fərqli güclərin öz müttəfiqlərini qorumaq üçün savaşın içinə daxil olduqlarını görürük. Bu da o deməkdir ki, dünya siyasətinin çökdüyü açıq-aşkar ortadadır. Böyük müharibənin qarşısını almağa çalışan tək bir ölkə və lider var. O da, Türkiyə dövləti və lideri R.T.Ərdoğandır. Ərdoğan bu gün Rusiya və Qərblə çox aktiv diplomatik əlaqələr yaradır ki, dünya gözlənilən təlükədən xilas olsun. Onun bu səyləri yüksək qiymətləndirilsə də, nə qədər təsirli olacağı söyləmək çətindir. Hər halda artıq üçüncü dünya müharibəsinin getdiyi ortadadır. Yalnız tam alovlanması üçün müəyyən zaman qalıb ki, bundan da dünyanı idarə edən güclər maksimum yararlanmalıdılar. Ən azı Türkiyə prezidentinin sələfinə öz töhfələrini verməlidirlər ki, dünyanı fəlakətə soxacaq müharibə olmasın".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə