"Şəhidlərimiz Azərbycan tarixində heç vaxt unudulmayacaq” - HƏRBİ EKSPERT DANIŞDI

“27 sentyabr Azərbaycan tarixində çox əlamətdar hadisədir. Bu gün Azərbaycanın hərb tarixində qızıl hərflərlə həkk olunub. Məhz bu gün şəhidlərimizin əziz xatirəsinin yad edilməsi üçün Anım günü kimi qeyd olunur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların məkanı cənnətdir. Şəhidlərimiz Azərbycan tarixində heç vaxt unudulmayacaq”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.

Hərbi ekspert qeyd edib ki, Azərbaycan 30 ilə yaxın bir müddətdə danışıqlar prosesində iştirak edərək, bütün variantlara əl atırdı ki, münaqişə sülh yolu ilə həll olunsun: “Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyırdı. Lakin Ermənistan heç bir sanksiyaları yerinə yetirmirdi. Azərbaycan sülh danışıqlarını apararaq güclü iqtisadiyyat, ordu quraraq qardaş Türkiyədə Azərbaycan gəncləri təhsil alaraq, hərbi məktəblər yaradılırdı. Ölkəmiz diplomatik cəbhədə ard-arda uğurlar əldə edib. Bu uğurların əsasını Ulu Öndər Heydər Əliyev qoyub. 2016-ci ilin Aprel ayında düşmənə ağır zərbə vuruldu. Gözlənilirdi ki, düşmən bundan nəticə çıxaracaq. Lakin təəssüflər olsun ki, düşmən bundan nəticə çıxarmadı. Bununla da Ermənistan hakimiyyəti çökdü. Daha sonra hakimiyyətə Paşinyan gəldi. O da hakimiyyətə gələndən sonra "Qarabağ Ermənistandır" fikrini irəli sürdü. Hətta Ermənistanın müdafiə naziri Amerikada yeni torpaq iddalarına çıxdı. Bununla da Azərbaycan Prezidenti gördü ki, danışıqlar mənasızdı və cənab Prezident Qarabağ Azərbaycandır! deyərək xalqı səfərbər etdi. 2020-ci ilin Tovuz hadisələrindən sonra Azərbaycan xalqı hiddətlənərək qəti mövqeyini bildirdir. General Polad Həşimovun və bir neçə hərbiçimizin onunla bərabər şəhid olması Azərbaycan xalqını səfəbər edərək, düşmənin qarşısını almaq üçün əməliyyatlar həyata keçirtdi. Ali Baş Komandan illərdi gözlənilən irəli əmrini verdi və Azərbaycan xalqı böyük zəfər əldə etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın kəndləri, rayonları azad edildi. 44 günlük Zəfər tarixi məhz 27 sentyabrdan başladı. Bu böyük bir mübarizə və müharibə idi. 28 sentyabrda səfərbərlik elan edildi. Azərbaycan xalqının da igid oğulları könüllü şəkildə cəbhəyə yazıldı

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə