"Qarşıda müharibənin daha da alovlanacağı gözlənilir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Qarşıda müharibənin daha da alovlanacağı gözlənilir" - POLİTOLOQ ŞƏRH ETDİ

“Qərbin Ukraynaya dəstəyi Rusiya-Ukrayna müharibəsinin daha da şiddətlənməsinə səbəb olacaq”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Politoloq qeyd edib ki, Ukrayna tərəfindən müdafiə qabiliyyətinin gücləndirilməsi müşahidə olunur: “Bunun nəticəsi olaraq da Rusiyanın hücumları dəf edilir. Əlbəttə ki, Rusiyada qismən səfərbərliyin elan edilməsi, eyni zamanda Rusiyanın Ukraynadan tələb etdiyi bir çox nüansların yerinə yetirilməməsi, Rusiyanın haqsız işğalçı ambisiyalarına qarşı Ukraynanın ümumxalq şəklində müdafiə və müqavimət hallarına yol verməsi Rusiyanın aqressivliyini daha da artırır.

Qarşıda müharibənin daha da alovlanacağı gözlənilir. Rusiyada qismən səfərbərlik elan olunandan sonra daxili ictimai rəydə müəyyən narahatlıqlarda hiss olunur. İstənilən halda Rusiya və Ukrayna dövlətlərinin rəhbərlərinin görüşü vacib məsələlərdən biridir. Danışıqlar prosesinin baş vermədiyi hər an eyni zamanda hər saniyə Rusiya-Ukrayna müharibəsinin daha da şiddələnməsinə səbəb ola bilər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə