"ABŞ ikiüzlü siyasət həyata keçirir" - QHT RƏSMİSİ DANIŞDI

“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Nyu-Yorkda BMT-nin 77-ci sessiyasında iştirak etməsi ilə əlaqədar olaraq onun çox saylı görüşlər keçirməsinin şahidiyik”. Bu fikirləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Onun sözlərinə görə, həm beynəlxalq təşkilatların rəhbərləri ilə, həm də bir sıra dövlətlərin rəsmiləri ilə keçirilən görüşlər qürurvericidir: “Azərbaycanın və ABŞ-ın nümayəndə heyətləri arasında görüşün keçirilməsi də olduqca təqdirə layiqdir. Ona görə təqdirə layiqdir ki, hazır ki, dönəmdə ABŞ-ın konqresində müəyyən təbəqələr Azərbaycana diş qıcamağa başlayıblar elə bu günlərdə 8 senatorun ABŞ dövlət katibi Blenkenə və ABŞ-ın Müdafiə Nazirliyinə sorğu ilə müraciət etməsi və Azərbaycanın xoşuna gəlməyən bir məktub göndərərək, onlardan 15 gün ərzində cavab gözləyəcəyini bildirməsi konqresin tərkibində antiazərbaycan təbliğinin daha da güclənməsinə işraət edir.

Ermənistanın "xarici işlər naziri"nin də ABŞ konqresində sərsəm ifadələrlə çıxış etməsi, Azərbaycan və Türkiyə əleyhinə ifadələr işlətməsi, belə bir tanınmayan separatçı rejimin nümayəndəsinin də rəsmi şəkildə ABŞ konqresinə çıxaraq fikirlərini səsləndirilməsi sual doğurur. ABŞ ikiüzlü siyasət həyata keçirdir. Onlar bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır digər tərəfdən Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını guya ki, istəyir lakin digər tərəfdən konqresdə bu cür separatçılara şərait yaradırlar. Bütün bunlarla yanaşı xarici işlər nazirimizin bu cür görüşləri xüsusi əhəmiyyət daşıyır.

Ümid edirəm ki, Azərbaycanın nümayəndə heyəti Ceyhun Bayramovda başda olmaqla Amerika rəsmilərini regionda baş verən həqiqətlərə inandırmağa bacarıblar. Həmçinin Azərbaycanın regionda sülh istəyini eyni zamanda bununla bağlı atdığımız addımları onlara çatdırmaqla yanaşı erməni yalanlarını da ifşa ediblər. Təəssüflər olsun ki, sülh sazişinin imzalanmasına çox az bir müddət qalmış Ermənistan tərəfi sentyabrın 12-13 tarixində öz havadarlarının təhriki nəticəsində Ermənistan tərəfi yenə də sərhəddə təxribatlar törətdi bunun nəticəsində hər iki tərəfdə itkilər oldu. Allah bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa versin”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...