YAP Yasamal rayon təşkilatında görüş keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri ilə birgə son altı ayda YAP Yasamal rayon təşkilatının fəaliyyətinə həsr olunmuş iclas keçirilib. İclasda çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev görülən işlər çərçivəsində ölkəmizin həyatında baş verən ictimai-siyasi proseslərdən, Yeni Azərbaycan Partiyasının qazandığı uğurlarından, partiyanın gündən-günə artan nüfuzundan söhbət açaraq bildirmişdir ki, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qurulan müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir. Çünki böyük ideyalarla zəngin olan YAP Azərbaycan dövlətçiliyinin və xalqının rifahı, xoşbəxt gələcəyi naminə çalışan və konkret konsepsiyaya malik siyasi təşkilatdır. Ulu Öndər Heydər Əliyevin qurucusu olan YAP bu gün Cənubi Qafqazda, bütövlükdə, beynəlxalq münasibətlər sistemində özünün bütün müsbət keyfiyyətləri ilə fərqlənməkdədir. Bu baxımdan da, qədirbilən xalqımız Ulu Öndər Heydər Əliyev ideyalarını özündə əks etdirən Yeni Azərbaycan Partiyasına böyük diqqət və qayğı, tükənməz məhəbbət hissi ilə yanaşır. Bu gün biz ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, partiyamızın sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla və xüsusilə də, qalib xalqın nümayəndləri kimi addımlayırıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində bizlərə qələbə bəxş etməsi və 30 ilə yaxın işğal altında olan torpaqlarımıza geri dönməyimiz, sözün əsl mənasında, bizlərə qürur və fəxarət hissi bəxş etdi. Bundan əlavə qeyd olundu ki, YAP Yasamal rayon təşkilatında altı ay müddətində çox mühüm işlər görülmüş və bu görülən işlər həm dövrü mətbuatda, həm də müxtəlif sosial şəbəkələrdə ictimailəşdirilmişdir. Partiya sıralarında üzvlərin sayı artırılması, həmin üzvlərin əksər hissəsinin gənclərdən ibarət olması və həmin gənclərin partiyanın ictimai-siyasi həyatında fəaliyyətləri gündən-günə daha da inkişaf etməsi tədbir iştirakçılarının diqqətinə çatdırıldı. İclasda çıxış edən Mətbuat pr.37A (Yasamal Rayon İcra Hakimiyyəti) ərazi partiya təşkilatının sədri Təravət Muradova, H.Cavid pr. 129 (AMEA Mərkəzi Elmi Kitabxana) ərazi partiya təşkilatının sədri Məmməd Əliyev, Moskva pr. 67 (AzərSu ASC) ərazi partiya təşkilatının sədri Günay Məmmədli, B.Vahabzadə küç. 9 (AMEA Radiasiya problemləri institutu) ərazi partiya təşkilatının sədri Rəvan Mehdiyeva, H.Cavid pr.115 (AMEA Fəlsəfə və Sosiologiya İnstitutu) ərazi partiya təşkilatının sədri Sənan Həsənov son altı ayda görülən işlərin yüksək səviyyədə təşkil olunması,həyata keçirilməsi və bu istiqamətdə YAP Yasamal rayon təşkilatı və ərazi partiya təşkilatlarının rolundan bəhs etmişlər. İclasın sonunda bir qrup ərazi partiya təşkilatı sədrləri partiyanın ictimai-siyasi həyatındakı fəaliyyətlərinə görə fəxri fərmanlarla təltif olundular.

Nəzakət

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...