Paşinyanın “vergi islahatları”: miqrasiya prosesinin sürətlənməsi ANALİTİK

BMT Fondu acı nəticələri indidən proqnozlaşdırıb

Ermənistanın hazırkı hakimiyyətinin ziddiyyətli və uzaqgörən olmayan siyasəti, xüsusən də ölkədəki mənzil problemlərinin həlli və demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün hazırlanan layihələrin reallaşdırıla bilinməməsi növbəti narazılıqlara səbəb olmaqdadır. Baş nazir Paşinyanın vergi islahatları fonunda 2050-ci ilə qədər əhalinin sayının beş milyona çatdıracağı ətrafındakı iddiaları isə artıq absurd olaraq qəbul olunur. Ölkədən kütləvi miqrasiya dalğası barədə düşünərsək, əslində, 2050-ci ildə nəiinki 5 milyon, heç bir neçə yüz min erməninin də qalacağını düşünmək olmaz. Hətta ölkənin xəritədə qalması ehtimalı da qeyri-mümkün görünür.

Ermənistan vətəndaşları nəinki iri sahəli, eləcə də kiçik sahəli yaşayış yerlərinə, mənzillərə sahib ola bilmirlər, mənzilləri özəlləşdirmək və ya başqa tikililəri qanuniləşdirmək istəmirlər

Ötən ildən bəri Ermənistan hökuməti dəfələrlə və müxtəlif vaxtlarda ölkənin sosial-iqtisadi dirçəlişi üçün fantastik, daha dəqiq desək, xəyalpərərəstliyə söykənən planlar səsləndirsə də, sadə xalq planların realizəsinin şahidi olmur. Əksinə, get-gedə demoqrafik vəziyyət də pisləşməyə doğru inkişaf edir. Beləliklə, Nikol Paşinyanın utopik planının maliyyə aspektləri üzərində var-gəlləri də mənasızlığı ilə seçilməkdədir. Digər tərəfdən, Ermənistanın "müstəqilliyinin" otuz illik təcrübəsinin göstərdiyi kimi – respublikanın üç onillik boyunca sənaye, aqrar, texnoloji, intellektual və digər potensialı cari xərcləri ödəmək üçün kifayət etmir və o cümlədən, xaricdəki diasporanın da maliyyə donorluğuna rəğmən,ölkə tamhüquqlu siyasi və iqtisadi potensiala malik olan dövlət kimi özünü təsdiq edə bilmir.

Bu uyğunsuzluqlar isə demək olar ki, hər yerdə və bütün sahələrdə - həll olunmayan mənzil problemlərində, bərbad vəziyyətdə olan mənzil fondunda və ən əsası, Ermənistan hökumətinin inşaat sektorunu zəiflədən vergi islahatlarında nəzərə çarpır. Nəticədə Ermənistan vətəndaşları nəinki iri sahəli, eləcə də kiçik sahəli yaşayış yerlərinə, mənzillərə sahib ola bilmirlər, mənzilləri özəlləşdirmək və ya başqa tikililəri qanuniləşdirmək istəmirlər. Belə ki, Paşinyanın mənzillərlə bağlı təqdim etdiyi vergi islahatları və s. “yenilikçi” qərarları buna ümumiyyətlə imkan vermir. Bu fakt isə tikinti şirkətlərinin də işlərinə mənfi təsirlərini göstərir, onların fəaliyyətlərinin dayanmasına səbəb olur.

Ermənistanda daşınmaz əmlaklarla bağlı müqavilələr 15% azalıb, paytaxt İrəvanda isə bu eniş 40%-i əhatə edir

Başqa yandan, ipoteka və s. bank xidmətləri sayəsində əldə edilən mənzillərin ödənişlərini həyata keçirməkdə çətinlik çəkən insanlarla inşaat şirkətləri və banklar arasında kəskin münaqişələr yaşanır, məhkəmə çəkişmələrinin sayı isə minlərlədir.

Sözügedən neqativlərin daha da artmasına səbəblərdən biri də söz yox ki, COVİD-19 pandemiyası və ən əsası, ötən il baş vermiş 44 günlük müharibədən doğan hərbi-siyasi fəlakətdir. Bu ərəfələrdə Ermənistanda daşınmaz əmlaklarla bağlı müqavilələr 15% azalıb, paytaxt İrəvanda isə bu eniş 40%-i əhatə edir. Bu isə yuxarıda da qeyd edilldiyi kimi həm tikinti sektoruna, həm də daşınmaz əmlak bazarına öz ağır təsirlərini göstərib. Vergi kodeksində “islahatlar” adı altında qəbul edilən dəyişikliklər nəticəsində qarşıdakı illərdə daha böyük fəlakətlər dayanmaqdadır. Hesablamalara görə, 2023-2024-cü illərdə yaşayış evlərinin inşası ilə bağlı tikintilərin həcmi 80-90% enəcək. Bu fazilər isə digər müvafiq sahələrlə yanaşı, həm də tikinti materialları istehsalına və s. qarışıq inşaat məhsulları sahələrinə köklü zərbə vuracaq. Bu barədə “Erməni inşaatçıları assosiasiyası” bəyan edib.

“Erməni inşaatçıları assosiasiyası”nın şura üzvü Armen Sakapetoyan: “Ya 5 milyonluq əhali göstəricisinin əldə olunması doğru iddia və göstərici deyil, ya da çox yəqin ki, vətəndaşlar bu illər ərzində çadırlarda yaşamalı olacaqlar”

Bu kimi məsələlərlə yanaşı, əmlak vergisinin alınması ilə bağlı sərtləşdirilmiş qaydaların, gəlir vergisi üzrə ipoteka güzəştlərinin ləğv edilməsinin, eləcə də qəzalı və bərbad vəziyyətdə olan evlərin sakinlərinin köçürülməsinin, onlara müvəqqəti kirayə yerlərinin verilməsinin, sonradan isə həmin insanların yeni mənzillərlə təmin olunmalarında yaranacaq problemlərinin də mövcudluğunu nəzərə alsaq, vəziyyət kifayət qədər kritik görünür.

Bu zaman sual yaranır: bəs Nikol Paşinyanın 2050-ci ilə ölkə əhalisinin sayının 5 milyona qaldıracağı barədə irəli sürdüyü iddiaları necə olacaq? Halbuki, artıq paytax İrəvanın özündə kəskin ev-mənzil böhranı yaşanır bu isə vətəndaşların ailə qurub-dünyaya uşaq gətirmələrinin qarşısını alır. Sözügedən məsələni “Erməni inşaatçıları assosiasiyası”nın şura üzvü Armen Sakapetoyan istehza ilə izah edib. “Ya 5 milyonluq əhali göstəricisinin əldə olunması doğru iddia və göstərici deyil, ya da çox yəqin ki, vətəndaşlar bu illər ərzində çadırlarda yaşamalı olacaqlar”, deyə o bildirib.

Revanşist hisslər, qonşu torpaqlarına iddialar Ermənistanın iqtisadi inkişaf şansını kəskin şəkildə məhdudlaşdırır və “xoşbəxt gələcəyini” başqalarının qucaqlarına oturmaqla axtarır

Təbii ki, erməni vətəndaşları çadırlarda yaşamaq perspektivinə ümumiyyətlə yaxın dayanmayacaqlar, üstəlik normal mənzil şəraitlərinə malik insanların da ölkədən miqrasiya etdikləri faktına diqqət yetirsək ümumiyyətlə, Paşinyanın bu planının realizə olunmayacağı qənaətinə gələ bilərik.

Miqrasiya məsələləri üzrə komissiyanın ictimai şurasının son hesablamalarına görə Ermənistanın “müstəqilliyinin” son 30 ilində ölkədən 1,6-1,7 milyon insan mühacirət edib. Bu isə əhalinin 1/3-dür. Cari ildə isə müxtəlif hesablamalara görə Ermənistanı 150 min insan tərk edəcək. Təbii ki, bunun üçün digər səbəblər də var.

Ötən il Ermənistanın həbri sahəsi 44 günlük müharibə nəticəsində məhv edildi və bunun müqavilində İrəvanın ara-sıra hələ də revanşçı planları üzərində bəyanatlar səsləndirməsi, konstruktivlikdən kənar fəaliyyət sərgiləməsi, üstəlik yalnız Azərbaycana qarşı deyil, digər qonşularına qarşı da torpaq iddialarında bulunması, regional layihələrdən kənarda qalması və investitiya axınından yararlana bilməməsi Ermənistanın iqtisadi inkişaf şansını kəskin şəkildə məhdudlaşdırır və “xoşbəxt gələcəyini” başqalarının qucaqlarına oturmaqla axtarır.

Bu mənada, kütləvi miqrasiya, eləcə də nikahların o cümlədən doğum sayının kəskin azalması BMT Fondunun optimist proqnozlarına görə olduqca pis nəticələri göstərir. Daha dəqiqq desək, XXI əsrin ortalarında Ermənistanda (əgər mövcud olacaqsa-R.R.) əhalinin sayı 2 milyindan az olacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...