“Türkmənçay” və “Gülüstan” müqavilələrinin ləğv edilməsi üçün tarixi şərait yetişib - TƏHLİL
Tarixşünaslıqda Xanlıq XVIII əsrin əvvəllərində indiki Azərbaycan Respublikası, Ermənistan və Cənubi Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərə verilən addır. XIX əsrin əvvəllərində bu xanlıqlar mərhələ-mərhələ İran dövləti və Rusiya İmperiyası tərəfindən işğal edilib. Bakı xanlığı, Cavad xanlığı, Dərbənd xanlığı, Gəncə xanlığı, İrəvan xanlığı, Talış xanlığı, Naxçıvan xanlığı, Qarabağ xanlığı, Quba xanlığı, Şamaxı xanlığı, Şəki xanlığı, Şirvan xanlığı, Əsgəran, Hadrut, Ağdərə, Xocavənd və Şuşa inzibati rayonları daxildir. Bu ərazilər tarixən Qafqaz Albaniyasının (Arranın), Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Respublikasının tərkib hissəsi olmuşdur. İndiki Azərbaycan Respublikasının tərkib hissəsidir. Hazırda Dağlıq Qarabağ və Aran Qarabağ daxil olmaqla (17 min kv. kilometr) Ermənistan dövləti tərəfindən işğal edilib.
Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Sovet Respublikasının tarixi sənədlərinə əsasən, demək olar ki, Qarabağ 17 mahala bölünmüşdür: Sisyan, Dəmirçi - Aslanlı, Künara, Bərgüşad, Bahabyurd, Kəbirli, Talış, Cavanşir, Xaçın, Çiləbörd, Xırdapara Dizax, Otuziki, İyirmidörd, Qaraçorlu, Vərənd, Dizax və Açantürk. Bu ərazilərdə yaşayan əhalinin, bir neçə kənd istisna olmaqla, bütünlükdə azərbaycanlılardan ibarət olub. 1923-cü ilə qədər, yəni Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılana qədər Dizax, Vərəndə, Çiləbird, Xaçın, Talış məlikliyi Xəmsə adlanırdı. Qarabağ xalçası, Qarabağ geyim növləri, əltikmə işləri nəinki Azərbaycanda, hətta bütün Şərq ölkələrində tanınmışdı və yüksək qiymətləndirilirdi. Qarabağda özünəməxsus çəki və ölçü vahidi mövcud idi. Kənd təsərrüfatında yüksək ənənəvi əkinçilik və suvarma mədəniyyəti yaranmışdı. Qarabağ şairlərini birləşdirən Məclisi-üns və Məclisi-fəramuşan öz üslubu ilə seçilirdi. Qarabağ musiqi məktəbi isə, hətta bütün Şərqdə məşhur idi. Pənahəli xanm Qarabağın paytaxtı olaraq tikdirdiyi (1750-1757) Şuşa Zaqafqaziyanın konservatoriyası hesab olunmuşdur. XVIII yüzilin sonları - XIX yüzilin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi. İbrahim xan Rusiya qoşunlarının komandanı R.D. Sisianovla (1802-1806) Kürəkçayda müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman - Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu.
Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi
Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən, bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir. 1846-cı il inzibati-ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına (1859-cu ildən Bakı) tabe oldu. 1867-ci ildə Yelizavetpol (Gəncə) quberniyası yaradıldıqda, Şuşa qəzası onun tərkibinə verilir və ərazisi bölünərək, burada daha üç qəza - Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları da təşkil olunur. Bununla, Şuşa qəzası da vahid inzibati-siyasi idarəsini itirir. Belə bir inzibati-ərazi bölgüsü xüsusi məqsədlə həyata keçirilmişdi. Bu islahatlar ermənilərin idarə sisternində daha geniş təmsil edilməsinə hərtərəfli imkanlar açdı. Dağlıq Qarabağa muxtariyyət verilməsi Zaqafqaziya federasiyası və SSRİ-nin yaradılması prosesləri ilə paralel gedirdi. 1922-ci ilin fevralında Zaqafqaziya kommunist təşkilatlarının I qurultayında S.Orconikidzenin sədr seçildiyi Rusiya Kommunist (bolşeviklər) Partiyası Zaqafqaziya Ölkə Komitəsi Dağlıq Qarabağa muxtariyyət verilməsinə dair 5 iyul qərarının qəbul edilməsində olduğu kimi, onun reallaşdırılmasında da inzibati-amirlik üsullarına əl atdı. Zaqafqaziya Ölkə Komitəsinin 27 oktyabr 1922-ci il tarixli iclasında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə 5 iyul qərarının həyata keçirilməsi təklif edildi. Dekabrın 22-də Zaqfederasiyanın İttifaq Soveti Dağlıq Qarabağa muxtariyyət verilməsinin sürətləndirilməsi haqqında xüsusi qərar qəbul etdi. 1923-cü ilin iyulunda Dağlıq Qarabağa muxtar vilayət statusu verilir. Azərbaycan Sovet Sosialist Respublikası adından 1923-cü il iyulun 7-də verilmiş dekretdə DQMV-nin yaradılması belə əsaslandırılır: "Keçmiş Rusiya imperiyasında milli azlıqları əsarətdə saxlayan çar mütləqiyyəti hətta, azlıqda qalan ayrı-ayrı milliyyətləri bir-birinin üstünə salışdırmaqla məhv etməyə əl atmaqdan belə çəkinmirdi. 1922- ci il SSRİ-nin yaradılmasından sonra Zaqafqaziya Ölkə Komitəsinin tələbləri daha sərt şəkil aidı. 1923-cü ilin mayında Qarabağ Komitəsinin məruzəsi Zaqafqaziya Ölkə Komitəsi plenumunun gündəliyinə daxil edildi. İyunun 1-də Azərbaycan Kommunist (bolşevkilər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti muxtariyyətin dekretləşdirilməsi və onun layihəsinin üç gün ərzində Mərkəzi Komitəyə təqdim olunması barədə qərar qəbul etdi. Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnamə isə 26 noyabr 1924-cü ildə çap olundu.
Qarabağda Kremlin separatçı qüvvələri formalaşır
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə parçalanmış və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişlər. Dağlıq Qarabağa muxtariyyət verildikdən sonra ermənilər separatçılıq fəaliyyətlərini dayandırmadılar. Separatçı-terrorçu erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və sovet hökumətinin vəziyyətin real qiymətləndirilməsində maraqlı olmaması da aydın şəkildə üzə çıxdı. "1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında" 1988-ci il 24 mart tarixli qərar bilərəkdən məsələnin separatçılıq aktı olmasını ört-basdır etməyə yönəlmişdi. Belə bir dəstək erməni separatçılarını daha da ruhlandırdı və onların təcavüzkarlığını daha da artırdı. Moskva qarşısında mütilik nümayiş etdirən Ə.Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyi öz xalqına xəyanət, təcavüzkara isə güzəşt mövqeyi tuturdu. Nəhayət, Moskva Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxarmaq istiqamətində daha bir addım atdı: SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də "Azərbaycan SSRİ-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında" qərar qəbul etdi. Məqsəd aydın idi: Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılmış Xüsusi İdarə Komitəsi muxtar vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsini təmin etməli idi. Lakin bunu başa düşən Azərbaycan xalqının demokratik mübarizəsi nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. Ancaq bunun əvəzində yeni bir qurum - Təşkilat Komitəsi yaradıldı. Ermənistan SSR bu vəziyyətdən istifadə edərək dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Bu, Ermənistan tərəfindən Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi. Moskva, gözlənildiyi kimi, bu kobud müdaxilə faktına da göz yumdu. Dağlıq Qarabağın erməni separatçıları 1991-ci ilin sentyabrında "Dağlıq Qarabağ Respublikası" adlanan oyuncaq qurumun yaradıldığını elan etdilər. Azərbaycan Respublikası həmin qurumu tanımaqdan imtina etdi, noyabr ayının 26-da isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv olundu. 1991-ci il sentyabrın 2-də ermənilər separatçılıq və terrorçuluq meyillərini gücləndirərək DQMV və Şaumyan rayonu Xalq Deputatları Sovetləri birgə sessiya keçirərək, "Dağlıq Qarabağ Respubliakı" adlı saxta qurum yaradırlar. Ardınca Dağlıq Qarabağda azərbaycanlıların total etnik təmizlənməsi - qanlı müharibə başlayır. 1991-ci il noyabrın 20-də Martuninin azərbaycaniılar yaşayan kəndlərinə uçan nümayəndə heyətini aparan vertolyot Qarakənd üzərində ermənilər tərəfindən terrora məruz qalır. Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, baş nazirin müavini Zülfü Hacıyev, dövlət müşaviri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, prezidentin mətbuat katibi Osman Mirzəyev, dövlət-hökumət xadimləri Vaqif Cəfərov, Vəli Məmmədov, Qurban Namazəliyev, DQMV hüquq-mühafizə, təhlükəsizlik orqanlarına başçılıq edən rusiyalı generallar daxil olmaqla 20 nəfərdən çox adam həlak olur. Noyabrın 26-da Azərbaycan parlamenti DQ MV-ni milli ərazi qurumu kimi ləğv edir, "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul dekreti və "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Azərbaycan SSR-in 1981-ci il 16 iyun qanununu qüvvədən düşmüş sayır. Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert Xankəndi, Mardakert Ağdərə, Marturıi Xocavənd adlandırılır. Əsgəran və Hadrut rayonları ləğv edilir, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılır. Ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilir. Rəsmi məlumatlara görə, ermənilərin Azərbaycan torpaqlarını işğalı zamanı 4043 azərbaycanlı itkin düşmüş, 1400 nəfər əsir və girov götürülmüşdür. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 13 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir və girov götürülməsi müəyyənləşib. Həmcinin, itkin düşmüş şəxslərlə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 30 şəxs barədə ümumiləşdirilmiş arayışlar tərtib edilib. Dövlət Komissiyası və BQXK-də itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərlə bağlı mövcud olan siyahılar arasında dəqiqləşmənin aparılması və fərqin aradan qaldırılması istiqamətində işlər davam etdirilib. Araşdırma zamanı 18 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı da aşkar edilərək Azərbaycan Respublikası Dövlət Komissiyasında qeydiyyata alınıb və adları müvafiq siyahıya salınıb. Dağıntılar və zərərlər, evlər - 150.000, iİctimai binalar-7.000, məktəblər – 693, uşaq bağçaları – 855, kitabxanalar – 927, məbədlər – 44, məscidlər – 9, tarixi yerlər – 9, tarixi abidə və muzeylər – 464, sənaye və kənd təsərrüfatı müəssisələri - 6.000, avtomobil yolları - 8.000 km, körpülər – 160, su kəmərləri - 2300 km. qaz kəmərləri 2000 km, elektrik xətləri - 15. 000 km. meşələr - 280.000 ha, əkin sahəsi - 1000000 ha, suvarma sistemləri - 1200 km, ümumi zərər 60 milyard ABŞ dolları qədər təxmin edilir. Dağlıq Qarabağın təbiəti çox zəngindir. İqlimi - mülayim-isti, dağ-tundra, yayı mülayim keçən iqlim, qışı soyuq və quraq keçən iqlim. Temperatur - yazda 5-10 dərəcə, yayda 20- 30 dərəcə, payızda -2-8 dərəcə, qışda -10-5 dərəcə. Coğrafiyası - adından bəlli olduğu kimi, əsasən, dağlıq ərazidə yerləşir. Ən hündür nöqtələri: Murovdağ, Bovurxan dağı, Vəngli, Məryəmdağ, Cıdır düzü və Kirs.
İRƏVAN XANLIĞI
Azərbaycanın qədim şəhəri olan İrəvan zamanın keşməkeşli dövrlərini yaşamışdır. Elə İrəvan xanlığının əsasını 1746-cı ildə qoyan Mir Mehdi xanın hakimiyyəti heç də sakit keçməyib. Ağı vadisinin və Göycə gölünün ətrafında qurulan İrəvan xanlığı, çox keçmir ki, bölgənin böyük iqtisadi və siyasi qüdrətə malik xanlığına çevrilir. Məhz bu da Gürcüstan, Rusiya və erməni məliklərinin ciddi narahatlığına səbəb olurdu. Narahatlıq keçirən bu qüvvələr İrəvan xanlığını zəiflətmək üçün hər cür təxribatlardan, eləcə də, yeri gələndə, xanlığı işğal etmək arzusu ilə bölgəyə hücumlar etməkdən çəkinmirdilər. Amma bütün hallarda Mir Mehdi xan qətiyyət göstərir və birləşmiş düşmən qüvvələrini yerlərində oturmağa müvəffəq olurdu. Yüksək hərbi, siyasi təcrübəyə malik Mir Mehdi xan İrəvanı möhkəmləndirmək üçün geniş məhəllələr yaratmış, keçilməz qalalar tikdirmişdir. O dövrün məlumatlarına görə, xan İrəvanda 20-yə yaxın məhəllə yaratmışdır. Bu məhəllələri isə naiblər idarə edirdilər. Onlar məhəllələrin inkişafına, əhalinin yaşayışlarının təminatına xüsusi diqqət yetirirdilər. İrəvan xanlığının mərkəzi hərtərəfti sıldırım qayalarla əhatə olunmasına və bununla paralel olaraq Azərbaycan xanlıqları ilə, xüsusi ilə də, Şəki, Quba xanlıqları ilə dostluq əlaqələri qurmuş düşmənə qarşı birgə müharibə aparmaq haqqında birgə hərbi razılaşma əldə etmişdir. Sonradan İrəvan xanı olan Hüseynəli xan Osman sultanı ilə əlaqələr quraraq İrəvan xanlığı ilə Osmanlı imperiyasının şəhərləri arasında iqtisadi-ticarət əlaqələrinin qurulmasına nail olmuşdur. Təəssüf ki, xanlıqda baş qaldıran daxili çəkişmələr Hüseynəli Xanın Xanlıqla bağlı geniş planlarının həyata keçirilməsinə problemlər yaratmışdır. Daxili çəkişmələrdən yararlanan erməni məlikləri də xanlıq üçün təhlükə mənbəyi olan hücumlar təşkil etmişlər. Xüsusilə də, ermənilər gürcülərdən İrəvan xanlığına qarşı birgə mübarizədə istifadə etməyə çalışmışlar. İrəvan xanlığının ərazisində ermənilərin əsas dini mərkəzlərindən biri - Eçmiədzin monastırı (Üçkilsə) yerləşmişdir. Eçmiədzin kilsəsi İrəvan xanlığında çox pozucu rol oynamışdıır. Regionda bu kilsə azərbaycanlılara qarşı düşmən mövqe tutmuş “beşinci kolonna” rolurıu oynamışdır. XVII əsrin 60-cı illərindən başlayaraq Eçmiədzin kilsəsinin katolikosları daim Rusiya imperiyasına müraciət edərək Azərbaycan torpaqlarında erməni dövlətinin yaranmasına yardım etməyi xahiş edirdilər. Erməni katolikosları özlərini humanist mövqeli tərəf kirni göstərərək vaxtaşırı İrəvan xanlığına hücumlar təşkil edib, qarətlər, yanğınlar törədən KartliKaxetiya çarlığı ilə İrəvan xanlığı arasında vasitəçilik etməyə çalışıblar. Məkrli məqsədləri clə hər iki tərəfdə ermənilərin sakit yaşayışını və xarici ölkələrdən köçürülməsini təmin etməkdən ibarət olub. Müəyyən hallarda çarlığa təlimatlar və satqınlıqları hesabına Karte-Kaxetiya çarlığının İrəvan xanlığına hücum etməsinə nail olmuşlar. Məhz 1780-ci ildə Karte-Kaxetiya çarlığının İrəvan xanlığına hücum etməsində erməni kilsəsinin xüsusi rolu olmuşdur. Nəticədə, İrəvanın məhv edilməsinin qarşısını almaq üçün xanlığın Karte-Kaxetiyada siyasi asılılıqda olmasına razılıq verməklə yanaşı, hər il çarlığa vergi verməyə vəd verilmlşdir. Yalnız Osmanlı imperiyasının yardımından sonra düşmənə çevrilən qonşular İrəvan üzərində iddialarından əl çəkmişlər. Bundan sonra Irəvan xanlığı əvvəlki iqtisadi qüdrətini bərpa edə bilmişdir. İrəvan xanlığında yaranan sakitlik bir qədər sonra İran şahlarının xanlığa olan hücumları ilə pozulmuşdur. 1795-ci ildə Ağa Məhəmməd xan Qacar İrəvan xanlığına hücum edərək Mirmehdi xanın nəvəsi Məhəmməd xanı hakimiyyətdən devirərək onun yerinə Əliqulu xanı İrəvan xanı təyin etmişdir. Amma Əliqulu xanın da hakimiyyəti uzun çəkməmişdir. 1979-cu ildə Ağa Məhəmməd xan Qacarın öldürülməsindən sonra Məhəmməd xan Əliqulu xanı devirərək İrəvanda hakimiyyəti ələ almışdır.O dövrün tarixi sənədiərinə əsasən, demək olar ki, İrəvan xanlığında yaşayan əhalinin 90 faizi azərbaycanlılar,10 faizini isə erməni, gürcü və digər xalqların nümayəndələri təşkil etmişlər. 1897-ci ildə Rusiya imperiyasının Qafqazda, eləcə də, İrəvanda əhalinin siyahıya alınması zamanı əldə olunan məlumatlarda Qarabağda əsasən azərbaycanlıların yaşadıqları təsdiq olunub. Belə ki, siyahıya alınmaya görə, xanlıqda 313 min 178 azərbaycanlı 11 min 317 nəfəri ermənilər yaşamışdı. 1817-ci və 1819-cu 104 Qafqazda imperiyalar və ernmtiforitı Azjrbayean ərazilərinə köçiirälnm i illərdə İrəvanda olmuş ingilis arxeoloqu və səyyahı Robert Kerr Ports yazırdı ki, İrəvan xanlığinın uzunluğu 200 rnil, eni isə 100 mildir. Müasir erməni tarixçisi T.Akopyan da İrəvan xanlığının əhalisinin əsasən azərbaycamlardan ibarət olduğunu və ərazisinin 24 min kvadratmetr olduğunu yazırdı. İrəvan şəhəri inzibati cəhətdən 3 məhəlləyə bölünürdü: şəhər məhəlləsi, Topbaşı məhəlləsi və Dəmirbulaq məhəlləsi. İrəvan xanlığında türkdilli azərbaycaniıların yerli xalq olması sübuta yetirilmiş faktdır. Bunu Qafqazın ali baş komandanı general Paskeviç rəsmi məlumatlarda da qeyd etmişdir. İrəvan qalasını çox çətinliklə alan general Paskeviç İrəvan xanlığında əhalinin milli tərkibi haqda verdiyi məlumatda burada 10 min azərbaycanlı, 3 min erməni ailəsirıin yaşadığını qeyd etmişdir. ABŞ-dan olan professor Castin Makkarti Rusiya işğalına - 1828-ci ilə qədər İrəvan xanlığı əhalisinin 80 faizinin azərbaycanlı olduğunu göstərir. S.Şopen 1828-1832-ci illərə qədər İrəvan xanlığında əhalinin mütləq çoxluğunu müsəimanların, yəni azərbaycanlıların təşkil etdiyini yazmışdır. Onun hesablamalarına görə, İrəvan əyalətində 16.075 ailə (81.749 nəfər) müsəlman, 4.428 ailə (25.151 nəfər) isə erməni idi. Müsəlman dedikdə S.Şopen azərbaycanlıları və müsəlman kürdləri nəzərdə tutur.
QARABAĞ XANLIĞI
18-ci əsrin ortalarında Azərbaycanın Qərbində yaradılan qüdrətli xanlıqlardan biri də Qarabağ xanlığı olmuşdur. 1748-ci ildə Pənahəli xan Cavanşir tərəfindən yaradılan Qarabağ xanlığı Kürlə Araz çayları arasında yerləşmiş, ətrafı sıldırım keçilməz qayalar, yaşıl meşələrlə əhatə olunmuşdur. Pənahəli xan Qarabağın göz oxşayan səfalı yerini mərkəz seçərək, orada Qarabağın qala qapısı hesab olunan Şuşa şəhərini Qarabağın paytaxtı olaraq inşa etdirirdi. Qarabağ xanlığının ərazisində də İrəvan xanlığının ərazisində olduğu kimi Cavanşir, Otuzdilər, Cəbirli, İyirmi dörd, Baharlı, Ziyadoğullar və bu kimi məhəllələrin tikilməsi və onların da idarə etməsini naiblər tərəfindən həyata keçirilməsi bu ərazilərdə türk adət-ənənələrinin və idarəetmə usulunun dəyişməz olduğunu göstərir. Pənahəli xanda dərin zəka, yüksək idarəetmə qabiliyyətinin olması və hərbi bilikləri mükəmməl şəkildə mənimsəməsi Qarabağın siyasi, hərbi, iqtisadi qüdrətinin artmasına səbəb olmuşdur. O, müdrik siyasət yürüdərək qonşu dövlətlərlə dostluq əlaqələri qurmuşdur. Bununla yanaşı, xan düşmən hücumlarından ehtiyat edərək Qarabağı, xüsusi ilə də paytaxt Şuşa ərazisini qalalarla, istekam sədlərlə möhkəmləndirmişdir. Məhz Pənahəli xanın göstərişi əsasında 1748-ci ildə Barat, 1751-ci ildə Şahbulaq, 1750-ci ildə isə Şuşa qalası inşa edilmişdir. Bu dəfə də ermənilər mərkli, satqın, xəyanətkar fəaliyyətlərini davam etdirməklə möhkəmlənməkdə olan Qarabağ xanlığına təhlükələr yaratmağa çalışırdılar. Ermənilərin satqınlığını, xəyanətini bağışlamayan Pənahəli xan onları cəzalandırmaq qərarına gəlir. Sarayda məclis quran Pənahəli xan satqın erməni məliklərini ora dəvət edir. Xan erməni məliklərinin xəyanətini sübut etdikdən sonra onlardan beşini şəxsən özü məhv edir, qalanlarını isə ömürlük həbsdə saxlanılması üçün Ərbədil xanına təhvil verir. Sarayda keçirilən məclisdə erməni məliklərini zərərsizləşdirməsindən sonra ətrafdakı ermənilər də Pənahəli xandan qorxmağa, onun əmrlərinə tabe olmağa başlamışlar. Məhz bundan sonra Pənahəli xan Qarabağın ərazilərini genişləndirmək üçün hərbi, siyasi hazırlıqlara başlamışdır. Bunun da nəticəsində Pənahəli xan İrəvan, Gəncə, Naxçıvan və Ərdəbili Qarabağ xanlığına birləşdirə bilmişdir. Təbii ki, Qarabağın ərazisinin genişlənməsi fonunda xanlığın güclənməsi İran şahını ciddi narahat etmişdir. Məhz bu rıarahatçılığı aradan qaldırmaq və xanlığı məhv etmək üçün 1757-ci ildə Məhəmmədhəsən xan Qacar Qarabağa hücum etmişdir. Tarixdə "Xatın arxı" kimi adı qeyd olunan ərazidə gedən döyüşlərdə Pənahəli xan böyük iştəha və iddialarla xanlığa hücum etmiş Məhəmməd xan Qacarı məğlub etmişdir. Bu döyüşdə Pənahəli xan şəxsi şücaət, yüksək döyüş nümunəsi göstərmişdir. Darmadağın edilən İran qoşununun tör-töküntüləri qaçarkən o dövr üçün çox əhəmiyyətli hesab olunan 150-yə yaxın tüfəngi, 5 ədəd isə topu döyüş meydanında qoyub qaçmışlar. Bu biabırçı məğlubiyyətdən sonra İran şahı Qarabağ xanını açıq döyüşdə məğlub etməyin mümkün olmadığını başa düşdüyündən Pənahəli xanı hiyləgərlik yolu ilə sıradan çıxartmağa cəhd göstərmiş və istəyinə də nail olmuşdur. Belə ki, Məhəmmədhəsən xan Qacardan sonra hakimiyyətə gələn Kərim xan Zənd Urmiyyə qalibiyyətini zəfər günü kimi qeyd etmək üçün "Şiraz qonaqlığfna dəvət edir. Bu qonaqlıqda Pənahəli xan girov götürülür. Pənahəli xanın İran şahının hiyləgərliyinin qurbanı olmasından sonra Qarabağda hakimiyyət uğrunda mübarizə başlayır. Bu mübarizə daha çox İbrahimxəlil xan və Mehrəlibəy arasında gedir. Amansız döyüş İbrahim xanın Mehrəli bəyin üzərində qalibiyyəti ilə başa çatır. İbrahimxəül xanın hakimiyyətdə olduğu 1763-1806-cı illəri Qarabağın inkişaf tərəqqi dövrü hesab etmək olar. Amma Qarabağın hərbi iqtisadi qüdrəti gürcü çarları ilə yanaşı, Rusiyaya ilan zəhəri verən erməni məliklərini də ciddi narahat etmişdir. Ona görə də, bu qüvvələr Qarabağa hücum təşkil etmək üçün birgə iş planı qururlar. Bütün məkrli cəhdlərinə, xarici hərbi-siyasi dəstəklərinə baxmayaraq ermənilər azərbaycanlılar qarşısında duruş gətirə bilmirlər və məğlub olurlar.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə