"Təxribata yol vermək olmaz" - MÖVQE

"Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixindən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hücuma keçərək mövqelərimizi ələ keçirmək cəhdləri uğursuzluqla nəticələndi. Düşmən hücum zamanı hərbi obyektlərlə yanaşı yaşayış məntəqələrini də atəşə tutmuşdur. Həmişə olduğu kimi bu dəfə də düşmənin bütün cəhdləri boşa çıxdı. Qəhrəman Azərbaycan Ordusunun əks həmləsi ilə düşmən ağır tələfat verərək geri oturduruldu. Düşmənin 100-dən çox canlı qüvvəsi və çoxlu sayda hərbi texnikası, komanda məntəqələri məhv edildi. Bu döyüşlərdə 11 zabit və əsgərimiz Azərbaycan uğrunda şəhid oldular. Allah şəhidlərimizə rəhmət etsin". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Millət vəkili bildirib ki, bu günlərdə cəmiyyətimiz yüksək əhval-ruhiyyə göstərərərək düşmənə qarşı müharibəyə hazır olduqlarını nümayiş etdirirlər: "Xalqımız cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək vətənimizin müdafiəsinə və torpaqlarımızın işğaldan azdad olunması uğurunda mübarizəyə həmişə hazırdır. Çox təəsüflər olsun ki, həm daxildə həm də xaricdə mövcud olan anti-milli qüvvələr düşmənlə üzbə-üzə qaldığımız belə bir vəziyyətdə öz məkirli niyyətlərindən əl çəkmirlər. Bu qüvvələr yaranmış vəziyyətdən öz çirkin niyyətlərinin yerinə yetirilməsi üçün istifadə etməyə çalışırlar. Bu insanların iç üzü dünən axşam Bakıda gənclər tərəfindən təşkil olunan Orduya dəstək yürüşü zamanı bi daha xalqa bəyan olundu. Bu yürüşdən istifadə edən anti-azərbaycan qüvvələr təxribata yol verdilər. Onlar tərəfindən idarə olunan bir qrup gənc Milli Məclisin qapısını sındıraraq içəri daxil olub binaya zərər vurmağa və yürüş iştirakçılarının Ordumuza, ölkə rəhbərliyinə dəstəyinin istiqamətini dəyişməyə cəhd etmişlər. İdiki zamanda bu xəyanətdir, düşmənin dəyirmanına su tökməkdir. Buna yol vermək olmaz, təxrribatçılar aşkar edilməli, qanunun bütün tələblərindən istifadə olunmalı və sərt qaydada cəzalandırılmalıdırlar.

Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının Azərbaycan Ordusu tərəfindən qəhrəmanlıqlar göstərməklə qarşısının alınması, düşmənin ağır məğlubiyyətə uğradılması bir daha göstərir ki, Azərbaycan Ordusu dövlət sərhədlərimizin keşiyində möhkəm dayanıb və işğal altında olan torpaqlarımızın azad olunması da çox uzaqda deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə