Harada səhv oldu ki, yoluxma, ölüm sayı artdı? TƏHLİL

Bu zamana qədər kütləvi xarakter daşıyan xəstəliklərə, epidemiyalara dünya tarixində dəfələrlə rast gəlinib. Bəşəriyyət epidemiya adlı bəlaların öhdəsindən hər zaman gəlib. Əks halda, insan cəmiyyəti bu günə gəlib çıxmazdı. Hətta tarixdə rast gəlinən xəstəliklər az qala unudulmşdu və sanki heç olmamışdı da. Bu bəlanın da, koronavirus adlı bəlanın da öhdəsindən gəlinəcəyinə zərrə qədər şübhə ola bilməz. Çünki, bundan öncəki epidemiyaların yayıldığı dövrlərdən fərqli olaraq üstəlik təbabət də, elm də yetərincə inkişaf edib və dövrümüzdə olan labaratoriyalar, tibb ocaqları, həkim personalı, dərman preparatları əvvəlki dövrlərdən dəfələrlə üstündür.

Doğrudur, ötən ilin sonlarında peyda olan virus barədə Ümumdünya Səhiyyə Təşkilatına bir qədər gec məlumat verildi. Hətta bəzi ölkələr, xüsusilə inkişaf etmiş, qabaqcıl ölkələr, Amerika Birləşmiş Ştatları, İtaliya, Almaniya, İspaniya, Fransa və digərləri kimi ən qüdrətli ölkələr bu virusun yayılmasına, fəsadlarına dırnaqarası yanaşdıqları səbəbindən çətinliklərlə, ciddi problemlərlə üz-üzə qaldılar. Məsələnin ciddiliyinin fərqində olan Ümumdünya Shiyyə Təşkilatı vəiyyəti pandemiya kimi qiymətləndirdi və bu bəla ilə qlobal şəkildə mübarizəyə başlanıldı. Həmin ölkələrdə daha ciddi rejim bərpa olunduqdan sonra epidemiyanın yayılma sürətinin müəyyən qədər qarşısı alındı. Bəli, müəyyən qədər qarşısı alındı, çünki, virus, xəstəlik tamamilə məhv edilmədi və bu virusun əleyhinə heç dərman preparatları da bu günə qədər tapılmayıb və hazırlanmayıb. Müəyyən vasitələrlə xəstəliyin hardasa qarşısı alıınır və yoluxanların əksəriyyəti immun sisteminin, orqanizmlərinin müqaviməti hesabına xəstəliyə qalib gələ bilirlər. Təbii ki, digərləri də həyatını itirir, cəmiyyət də bunu beləcə qəbul edir.
Əgər bu gün xəstəlyin, daha dəqiq desək virusun əleyhinə hansısa peyvənd, dərman preparatı hazırlanmayıbsa və qeyd olunduğu kimi orqanizmin müqaviməti əsas rol oynayırsa, müqaviməti zəif olanlar qurbana çevrilirsə, deməli, bu anda yeganə çıxış yolu qorunmaq, mühafizə olunmaq və digərlərini də qorumaqdır. Təsəvvür edək ki, istənilən bir fərdin orqanizminin müqaviməti, immun sistemi xəstəliyə davamlıdır və o bu xəstəliyi keçirərək ona qalib gələ bilir, amma yoluxdurduğu kəslər arasında elələri tapılır ki, onlar müqavimətlərinin, immun sistemlərinin zəif olması səbəbindən virusun qurbanına çevrilirlər. Belə olan halda, xəstəliyi müqaviməti zəif olan digərlərinə ötürən müqaviməti güclü olanlar nə dərəcə məsuliyyətsizlik etdiklərinin fərqindədirlərmi? Amma bunun fərqində olmaq lazımdır və nəinki fərqində olmaq, məsuliyyətini hiss etmək lazımdır.
Dünyada yayılan bu koronavirus Azərbaycandan da yan keçmədi və sevindirici haldır ki, virusun yayılmasının ilk günlərindən Cənab Prezidentin rəhbərliyi ilə ölkədə düşünülmüş şəkildə qabaqlayıcı tədbirlər həyata keçirildi. Məhz ölkə başçısının cevik reaksiyası, uzaqgörənliyi sayəsində virus kifayət qədər cilovlandı. Bu pandemiya ilə mübarizdə Azərbaycan ən inkişaf etmiş ölkələr üçün belə nümunə hesab olunur və bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri də etiraf etdi. Çünki, sözügedən təşkilatın rəhbəri ölkəmizin bu virusla, bu xəstəliklə mübarizə tədbirlərini hər zaman görüb və qiymətləndirib. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri də, bir sıra beynəlxalq təşkilatların rəhbərləri də, dünya ictimaiyyəti də onu da görüb ki, təkcə virusun yayılmasının qarşısının alınması, ölkə səhiyyəsinin koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırılması ilə yanaşı, iqtisadiyyatın dayanıqlılığının təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, təmini də, insanların maarifləndirilməsi də yüksək səviyyədə həyata keçirilib. O zaman harada səhv oldu ki, yoluxma, ölüm sayı artdı?
Bəli, epidemiyanın, virusun yayıldığı ilk günlərdən Azərbaycan xarici ölkələrlə əlaqələri məhdudlaşdırdı, hətta sərhədlər də bağlanıldı. Qısa müddətdə 20-dən çox xəstəxana, həmçinin müasir standartlara cavab verən "Yeni Klinika" koronavirus xəstələri üçün ayrıldı. Bütün bölgələri də əhatə etməklə, ölkədə 2000 çarpayılıq 10 modul tipli xəstəxananın quraşdırılmasına başlandı və artıq, onlardan 5-i istifadəyə də verilib. Ən qısa zamanda müasir standartlara cavab verən laboratoriyalar alındı ki, onların sayı 26-ya çatır. Xəstəxanalara yüksək ixtisaslı həkimlər səfərbər olunaraq, təchizat məsələləri də həll edildi. Qoruyucu, eləcə də dezinfeksiya vasitələrinin ölkəmizdə istehsalı təşkil olundu və görülən tədbirlər sayəsində yoluxma sayında, statistik göstəricilərdə azalmanı müşahidə etdik. Məhz bu azalmadan sonra iqtisadi fəallığın bərpası məqsədi ilə yumşaldılma tətbiq olundu ki, bu gün yoluxma sayında müşahidə artım da bundan sonra başladı.
Xatırlayırıqsa, may ayının sonlarından, iyun ayının əvvəllərindən, bir sözlə, yumşaldılma olduğu zamandan etibarən yoluxma statistikasında sıçrayışlı artım baş verdi. Sual oluna bilər ki, nə üçün bu baş verdi? Qeyd etdiyimiz kimi, dövlət məhz ölkə başçısının rəhbərliyi ilə, yürütdüyü sevik siyasət, qabaqlayıcı tədbirlər sayəsində yoluxmanın qarşısını kifayət qədər almışdı və ölkəmizdəki yoluxma statistikası digərlərindən kəskin şəkildə fərqlənirdi və dəfələrlə az idi. İnsanların qorunması istiqamətində bütün mümkün addımların atıldığı da göz qabağındadır və dövlətimizin, hökumətimizin siyasətinin mərkəzində vətəndaş amilinin dayandığı da günün reallığıdır ki, Cənab Prezident İlham Əliyev özü də şəxsən bu barədə vətəndaşlara müraciətlərində dəfələrlə vurğulayıb. Elə məhz karantin rejiminin yümşaldılmasında da məqsəd vətəndaşların rahatlığı, iş şəraitinin, yaşayış şəraitinin təminatı idi. Məsələ burasındadır ki, vətəndaşların bəzilər bu dövlətin bu şəkildə yumşaldılma tədbirlərini düzgün dəyərləndirmədilər. Bəziləri elə zənn etdilər ki, virus tamamilə yox olub, yaxud bəla sovuşub. Elə səhv də məhz burada oldu və yoluxma statistikasının artması da bundan qaynaqlandı. Bir çoxları yumşaldılmadan sonra dövlət tərəfindən qoyulan qadağalara qarşı etinasızlıq nümayiş etdirdilər ki, bunun da nəticəsi göz qabağındadır.
Doğrudur, ölkəmizdə heç də digər dövlətlərdəki, məsələn, qonşu ölkələrdəki kimi acınacaqlı vəziyyət hökm sürmür. Nailiyyətlərimiz də danılmazdır və bu nailiyyətlər məhz digər ölkələrdəki yoluxma statistikası ilə müqaisədə özünü biruzə verir. Amma, bundan da artıq nəticələr əldə etmək olardı və ölkə başçısının rəhbərliyi ilə dövlətimiz, hökumətimiz bütün lazımi tədbirləri görmüşdü və indi də görür ki, bütün bu tədbirlər müsbət nəticələr vəd edir.
Təsadüfi deyil ki, ölkədə yenidən karantin rejimi, sərt tədbirlər həyata keçirilir və bütüb bu tədbirlər də nəticə etibarı ilə müsbət göstəricilərin, yoluxma sayının azaldılmasına xidmət edir. Əslində, ölkə ictimaiyyəti, eləcə də başda Ümumdünya Səhiyyə Təşkilatı olmaqla, bütün beynəlxalq təşkilatlar, hətta dünya ictimaiyyəti də yoluxma sayının yaxın ötən günlərə nisbətən bir qədər azaldığının da şahididir. Bəlli oldu ki, karantin rejiminin yumşaldılması ilə, daha doğrusu insanların bu yumşaldılmadan sui istifadə etməsi ilə yoluxma, hətta ölüm sayı da artdı və məhz səhv də sui istifadədə, vətəndaşların etinasızlığında oldu. Onu da qeyd etmək yerinə düşərdi ki, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində də yumşaldılma tətbiq olunmuşdu və həmin ölkələrdə də insanların bu tədbirlərdən sui istifadə etməsi səbəbindən yoluxma, ölüm halları ilə bağlı artım müşahidə edilir. Elə bu baxımdan da təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə, hətta qabaqcıl ölkələrdə də karantin, sərtləşdirmə rejimi yenidən bərpa edildi və virusla, xəstəliklə mübarizə hələ də ciddi şəkildə davam etdirilir.
Dəfələrlə qeyd olunduğu kimi, bu xəstəlik, bu virus birindən digərinə ötürülür və qorunma, mühafizə, qabaqlayıcı tədbirlər olmadığı zaman yoluxmanın qarşını almaq qəti şəkildə mümkün deyil. Bu səbəbdən sərtləşdirmə, karantin rejimi də əbəs yerə deyil. İstır ölkəmizdə, istərsə də digər dövlətlərdə yenidən tətbiq olunan karantin və sərtləşdirmə tədbirlərində məqsəd yoluxma zəncirini qırmaqdır.
Heç şübhəsiz ki, yoluxanların sayının hələ də əvvəlki dövrllərdəkindən çox olması və azalmaması hamını narahat edir. Amma, bu sayın insanları narahat etməsi kifayət deyil və dərk olunmalıdır ki, insanlar qaydalara əməl etməsə, arzuolunan nəticələri əldə etmək mümkünsüzdür. Dərk olunmalıdır ki, koronavirusla mübarizədə müsbət nəticə təkcə hökumətin, Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətindən asılı deyil və bütövlükdə cəmiyyətimizin, hər bir vətəndaşın məsuliyyətli davranışından bilavasitə asılıdır. Ən azından özümüzü, yaxınlarımızı, bütövlükdə cəmiyyətimizi qorumaq üçün qaydalara, qadağalara əməl etməyə hər birimiz borcluyuq və bu təkcə inzibati məsuliyyət deyil, həm də vətəndaşlıq tələbi, vicdan borcudur. İndi az qala hər kəsin yaxın ətrafında koronavirusa yolumuş insanlar, hətta ailələr də var və onların necə acılar çəkdiyinin hər birimiz şahidiyik. Şahidiyik ki, hazırda bir çox ailələr bu xəstəliklə bağlı hansı problemlərlə, hansı qayğılarla, eləcə də hansı əzab-əziyyətlə qarşılaşıblar və bu faktlar əslində bizim hər birimiz, eləcə də bütövlükdə cəmiyyətimiz üçün həyəcan siqnalı olmalıdır ki, həmrəyliyimizi, səylərimizi daha da gücləndirək, qadağalara əməl etməkdə, qorunmaqda özümüzü borclu hesab edək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...