"Hizbullah"ın baş katibi Naim Qasım bəyan edib ki, Livan hökuməti Hizbullahın silahlı qanadının fəaliyyətinə qoyulan qadağanı ləğv etməlidir. SİA xəbər verir ki, baş katib hökumətə şərtlərini elan edib. O əlavə edib ki, əgər hakimiyyət milli birliyi bərpa etmək istəyirsə, silahlı müqaviməti leqallaşdırmalı və Hizbullah döyüşçülərini qanundankənar vəziyyətə salan qərarı ləğv etməlidir:
“Hazırda təcavüzün dəf edilməsi məsuliyyəti yalnız ordu və hökumətin deyil, həm də hər bir vətəndaşın, bütün partiyaların üzərinə düşür. Livan suverenliyini itirmək və İsrail tərəfindən cənub bölgələrinin işğalı təhlükəsi ilə üz-üzədir. ABŞ-İsrail planı ölkə daxilində ixtilaf və qarşıdurma yaratmağa yönəlib”.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB