İnsanın başına nə bəla, müsübət və fəlakət gəlirsə, əksər hallarda, dilinə yiyəlik edə bilməməsindən gəlir. Yəni, insan olan kəsin ağlına deyil, ağzına gələni danışması sonda ciddi söz-söhbətə, bəzən isə facilərə gətirib çıxarır. Ona görə də, dilinin bəlasında sıxma-boğmaya, bəzən isə silistə məruz qalan məxluqat qəmgin notlarla öz-öznə “dilim-dilim olasan, a dilim” deməkdən başqa carəsi qalmır. Fəqət, bir məsələ var ki, dedi-qodu və qeybət məişət zəminində olsa, onun üstündən bəlkə də keçimək olar. Demək olar ki, “it hürər karvan keçər”. Amma dedi-qodu, atmacalar, məsuliyyətsiz ifadələr və açıqlamalar milli dəyərlərə, tarixi şəxsiyyətlərə və böyük mütəfəkkirlərə qarşı olanda, bu, ciddi narahatlıqlar yaradır. Xüsusilə də, yetişməkdə olan gənc nəsilin kumirinə və idealına çevrilən tarixi şəxsiyyətlər haqqında nəsə saxtalaşdırılmış fikirlər söyləmək düşmən dəyirmanına su tökmək və düşmənlə eyni maraqları bölüşmək deməkdir. Belə nanəcib dedi-qodu müəliflərinin sayı az olsa da, hər hal da var. Var və hər fürsətdə, cörəyini yeyib, suyunu içdiyi, qoynunda böyüyüb boya - başa çatdığı vətəninə, mənsub olduğu xalqına, tarixi şəxsiyyətləri haqqında ağzıgöycəkliklər edir, ağına-bozuna baxmadan, hədyanlar danışır. Bir qədər əvvəl Kamran Əsədov adlı adını “tarixçi” qoyan min illik dövlətçilik tarixi olan Şirvanşahlar dövləti haqqında hədyanlar danışdı, sonra məlum oldu ki, bu məxluqun çaşması heç də birinci hal deyi, tarix dərsliyində də o, əzəli Azərbaycan torpaqlarını “böyük Ermənistan” kimi təqdim edib. Buna görə, mükafatı və “malades alqışı"nın hansı səviyyəd olduğunu demək cətin olsa da, bildiyim odur ki, K.Əsədov heç də, tək deyi. Onun kimi düşünən, yazan, açıqlamlarla çıxış edən dostları da var. Misal üçün ADP sədri Sərdar Cəlaloğlu. Bu zatın Azərbaycanın tarixi şəxsiyyətlərinə qarşı münasibəti heç də, erməni tədqiqatçılarından, şair və yazıçılarından fərqlənmir. ABŞ və Avropanın məkrli qüvvələri də dövlətlərdə öz maraqlarının təmin olunması üçün, ilk öncə, o ərazilərdəki, xalın mədəniyyətini, adət - ənənəsini və tarixini təhrif etməyə daha cox çalışır. Bunun üçün milyonlar, milyardlar xərcləyirlər. Bu baxımdan, demək olar ki, S.Cəlaloğlunun Azərbaycanın tarixinə qarşı münasibəti sözügedən xarici dairələrin maraqları ilə də üst-üstə düşür. Bəlkə də, S.Cəlaloğlu onların Azərbaycandakı nümayəndəsidir. Oskar Uayldın gözəl bir kəlamı var: "Gözəllikdə pislik axtaranlar korlanmış insanlardır". S.Cəlaloğlu və onun kimilərin qürür mənbəyimiz olan tariximizlə bağlı kiminsə və nəyinsə xatirinə təhrifedici fikirlər səsləndirmələri, ittihamlara və qınaqlara layiqdir. Necə ki, cəmiyyət birmənalı mövqe ortaya qoyaraq bu kimi şəxslərə qarşı öz etirazlarını bidirirlər. S.Cəlaloğlu bir qədər əvvəl müqəddəs islam dinimiz, daha sonralar isə Koroğlu, Həcər, Qaçaq Nəbi, nəhayət, bu günlər ölməz şairimiz Səməd Vurğun haqqında ağlına deyil, ağzına gələn hədyanlar danışır və mətbuata açıqlamalar verir. Əslində, ixtisasca mal doktoru olan bu zatan ciddi fikir gözləməyə də dəyməz. Çünki bu şəxs yeni həyata qədəm qoyduğu zaman gördüyü mal tövləsi və bir də çamadanındakı dava-dərman olub. Məsuliyyətsiz fikirlərin yayılmasına görə, jurnalisti də qınamaq olar. Ən azı ,ona görə ki, öz hərəkətlərinə və davranışlarına, eləcə də, danışığına sərhəd qoymaqda acizlik nümayiş etdirən S.Cəlaloğlu ilə tariximizlə bağlı fikirləri bölüşmək, sualları cavablandırmaq elə S.Cəlaloğlunun dezinformasiya xatarkterli müsahibəsinə ortaq olmaq deməkdir. S.Cəlaloğlu o şəxsdir ki, heç zaman özünün fikrini deməyib. Hər zaman kiminsə sözlərini səsləndirib, fikirlərini deyib. Siyasətə isə təsadüfən gələnlərdəndir. Bir qədər İlyas İsmayılovun ətrafında fırlandı, daha sonra Rəsul Quliyevin yanında peyda oldu. İndi də müstəqil fəaliyyətə üstünlük verildiyi iddia edilir. Ancaq reallıqda onun müstəqil fəaliyyət göstərmək gücünə və imkanına malik olmadığı faktdır. Əgər belə olmasa idi, yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın böyük dahi şəxsiyyətləri və qəhrəmanları haqqında ağzıgöyçəklik etməzdi. Xəyali olaraq ölməz şairimiz Səməd Vurğunun ibrətamiz bir "nəsiəti" beynimdə canlandı.

A Sərdar, eşitdim bu dünyada sən,
Mənim ünvanıma söyüş söyürsən.
Sən misal, azanda adamın ağlı,
Olanda gözləri yumulu, bağlı,
Misterlər önündə çevrilsə qula,
Əlbəttə, qalardı ağzı açıla.
Mənliyi qırılar, ya da sökülər,
Ağzından ən iyrənc sözlər tökülər.
Ola da bilməzsən bircə dırnağım,
Yəqin bəbəyinə girib caynağım.
Havalı, içiboş, təbil adamsan,
Alçaqsan, xəbissən, zibil adamsan.
Çevirmə qusduğun ləyəni, tası,
Yediyin serlərin qır-qırıntısı.
Məni xainlikdə qınadın, yəni
Sən özün xalis bir vətən xaini.
Xırıltılı səsin zili sönük bəm,
Sənin bu dünyada yerin cəhənnəm.
Misterin yedirdir sənə yal, kəpək,
Olmusan əllərdə zəncirli köpək.
Mənalı sözümdən tökülməkdə dürr,
Qısqırdılmış tula, şerimə az hür!

Əminliklə demək olar ki, 1953-cü ildə Səməd Vurğun «Aygün» poemasını və «Şairin hüquqları» adlı məqaləsini dərc etdirdikdən sonra üzərinə olan hücumlardan, təhdidlərdən, şantaj və böhtanlardan S.Cəlaloğlu xarakterli insanlar daha çox fəallıq göstəriblər. Ona görə də, birmənalı şəkildə, demək olar ki, S.Cəlaloğlu siyasətdə partiya sədrinin müavini, daha sonra həmsədrlərdən biri, sonradan isə özünü sədr elan etsə də, çətin ki, cəmiyyətimiz üçün yararlı vətəndaş olsun. Gözəl bir şairimizin dediyi kimi, «bundan adam çıxmayacaq».

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...