Yerli düyü istehsalının artırılması üçün hansı addımlar atılmalıdır? - AÇIQLANDI

“Azərbaycan düyüyə olan olan tələbin əsas hissəsini idxal hesabına ödəyir və əsas məsələ düyü istehsalının artırılması və ixaldan asılılığın azaldılmasıdır. Bu baxımdan, yerli istehsalın gücləndirilməsi prioritet hesab olunur. Vacib amillərdən biri də düyü istehsalı üçün relyef və iqlim şəraitinin uyğunluğudur”.

Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, aqrar sektorda düyü istehsalını artırmaq üçün sosial və iqtisadi qiymətləndirmələrin aparılması zəruridir:

“Bu qiymətləndirmə hansı bölgələrdə düyü istehsalının mümkünlüyünü müəyyən etməli və digər əlaqəli istiqamətləri də əhatə etməlidir. Azərbaycan uzun müddət düyü istehsalı üzrə tam ixtisaslaşmayıb və daha çox digər aqrar məhsulların istehsalına yönəlmişdi.

Buna görə də iqtisadi qiymətləndirmələrin aparılması vacibdir. Qiymətləndirmə başa çatdıqdan sonra istehsalın başlanması mümkündür və ixaldan asılılığın aradan qaldırılması ilə ölkədə valyutanın qalması və tələbin yerli istehsal hesabına ödənilməsi təmin oluna bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə