Kallasdan ABŞ-ın NATO-dan çıxmaq qərarına münasibət

ABŞ Prezidenti Donald Trampın ölkənin Şimali Atlantika Alyansından çıxması ilə bağlı açıqlamaları müttəfiqlər üçün narahatedici siqnaldır, deyə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib.

"Bu, çox çətin bir vəziyyətdir, çünki [ABŞ] prezidentinin sözləri, şübhəsiz ki, ağırlıq daşıyır və onun düşüncə tərzini əks etdirir. ABŞ prezidentinin böyük təsiri olduğundan, bu, şübhəsiz ki, narahatedici siqnaldır. Amma indi sual budur ki, bu barədə nə etməli? Bu, əsl qınaqdır", - deyə o, ERR-ə bildirib.

Avropa diplomatiyasının rəhbəri vurğulayıb ki, bu cür açıqlamalar nə Vaşinqtonu, nə də müttəfiqlərini gücləndirmir.

O, həmçinin iddia edib ki, alyansa İrana qarşı hərbi əməliyyatda ABŞ-dan kömək üçün heç bir sorğu daxil olmayıb. Kallas hesab edir ki, "Bildiyim qədəri ilə NATO-ya heç bir müraciət olmayıb. NATO-nun köməyə gəlməməsi ilə bağlı ittihamlar əsaslı hesab edilə bilməz".

VƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə