Azərbaycan həm region, həm də digər xarici dövlətlərlə sıx əməkdaşlıq əlaqələrinə malik bir dövlətdir. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Ölkəmizin beynəlxalq münasibətlər sistemində rolu və nüfuzu durmadan armaqdadır. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan siyasi, iqtisadi sahədə dayanıqlı inkişafa nail olmuşdur və regionda böyük potensiala sahib olan bir dövlətdir.
Xüsusi ilə qeyd etmək lazımdır ki, həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır. Bəli, bu, bir həqiqətdir ki, Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra regionda və bölgədə yeni reallıqlar yaratdı və postmünaqişə dövründə diktə edən dövlət kimi böyük nüfuz və güc sahibidir. Azərbaycan qalib tərəf kimi bu gün də sülhün tərəfdarıdır və bu istiqamətdə müəyyən addımlar atılmışdır.
Azərbaycan-Serbiya münasibətləri inkişaf edən dinamikaya malikdir və ildən-ilə daha da möhkəmlənir.
Prezident İlham Əliyevin 15 fevralda Belqrada rəsmi səfəri bu dinamikanın əyani təsdiqi oldu. Səfər açıq dialoq və konkret qərarlar atmosferində baş tutdu. Son illərdə iki ölkə arasında əlaqələr daha da inkişaf etmişdir. Mətbuata birgə bəyanatla çıxışı zamanı Prezident cənab İlham Əliyev bildirdi ki, "Həqiqətən, bu gün Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasında bir çox məsələlər müzakirə edildi. Ondan əvvəl biz təkbətək görüşümüzdə məsələlərin geniş spektrinə toxunduq. Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır. Prezident Vuçiç artıq birgə inşa ediləcək elektrik stansiyasının gələcəyinə toxundu. Prezident qeyd etdiyi kimi, biz qərara gəldik ki, bu məsələni nəzarət altında saxlayacağıq. Bu elektrik stansiyasının yaradılması prosesi məhz Serbiyada mövcud olan investisiya - sərmayə imkanlarına söykənir. "
Azərbaycan sabit və etibarlı tərəfdaş kimi həm enerji, həm də siyasi baxımdan regionda mühüm rol oynayır. Beləliklə, Azərbaycan-Serbiya münasibətləri strateji tərəfdaşlıq xətti üzrə inkişaf edir və mövcud dinamika göstərir ki, qarşıdakı illərdə bu əlaqələr daha da genişlənəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və dinamik xarici siyasət nəticəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoruna birinə çevrilib. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır.
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB