Azərbaycanda və xaricdə ən gəlirli sahələr! ARAŞDIRMA - FOTO

Tələbələr ali təhsil müəssisələrinə qəbul olmadan öncə geniş bir araşdırma aparır və gələcəkdə ona ən çox gəlir gətirəcək sahəni seçməyə çalışır. SİA xəbər verir ki, bu barədə araşdırma aparılıb. Belə ki, həmin araşdırmaya görə, xaricdə və Azərbaycanda böyük iş imkanları və qazancı olan sahələr aşağıdakılardır:

1. İcraçi Direktorlar və ya sadəcə Şirkət rəhbərləri.


Bu sahəyə sahib olanlar dünyanın ən çox qazanan insanlarıdır. Təxminən dünya üzrə illik gəliri 1 milyon dollara çatır, Azərbaycanda isə bu rəqəm CEO-nun yaratdığı şirkətdən asılı olaraq aylıq 1000-20.000 manat arası dəyişir təbiiki bu uğurlu alınmış biznes sahiblərinin gəliridir. Sizin ideyanızdan və yaradacağınız şirkətin fəaliyyətindən asılıdır.
Ama təbii ki CEO və şirkət rəhbəri deyilən bir dərəcə yoxdur. Bu sahəyə sahib olanlar daha çox Biznesin İdarəçiliyi və Sahibkarlıq sahələrini oxuyanlar bu vəzifəyə layıq olurlar. Bu sahəni həm Azərbaycanda həm də xaricdə oxuya bilərsiniz.

2. Kompyuter və İnformasiya Sistem İdarəçiləri. Bu sahənin adı geniş və bəllidir.


Dünyanın ən məşhur varlı və qazanan insanları texnologiya sahəsindən gələn insanlardır. Apple, Google , Facebook kimi şirkətləri sırlamaq yetərlidir. Onlar sadə kodlamadan dünyanın ən zəngin insanlarına çevirildilər.
Bu sahə Azərbaycan və dünyanin hər yerində var. Xaricdə bu sahəni oxumaq çox avantajlıdır. Çünki orda inkişaf etmiş texnologiya və sistem var. Təbii ABŞ, İngiltərə və digər avropa ölkələri bu sahədə yetərincə yaxşı təhsil verir.

3. Arxitektura və Mühəndis İdarəçiləri


Bütün tikinti vi dizaynın başında bu insanlar gəlir. Yaxşi dizayn və mühəndislik bacarığı olan insanlar dünyada ən zənginlər arasındadır. Avropanın ən məşhur şirkətləri Ərəb ölkələrinə verdikləri dizayn və etdikləri inşaatla milyonlar qazanır.
Bəzi arxitektur insanlar isə evdə oturub dizayn verərək gəlirlərini əldə edirlər. Yəni bu sahədə kiçikdən böyüyə hər zaman qazanc var.

4. Reklam və ya Marketing İdarəçiləri


Yaradıcı insanların çxou bu sahədə işləyir. Qazanlar çox yüksəkdir. Çünki o qədər şirkət və rəqabət var ki indi hər kəsə reklam etmək lazımdır. Güclü reklam edən yaxşı tanıtım edən ən çox qazananlardır. Bunları edən marketing menecerlər də onlardan az qazanmır. Bunu hər yerdə oxumaq olar ama böyük şirkətlər üçün xaricdə oxumaq məsləhətdir.

5. Neft Mühəndisləri


Neft dünyada aktiv olduqca bunu idarə edən mühəndislik sənəti də aktiv və qazanlı olacaqdır. Dünyanın və xüsusi ilə də Azərbaycanın gəlir əldə etməsində mühəndislərimizin rolu böyükdür. Bu Azərbaycan ən çox lazım olan ixtisasdır. Və dil önəmi olmadan hər yerdə işləmək mümkündür.

6. Pilotçular və Təyyarə Mühəndisləri


Pilotluğun nə qədər gözəl sənət olduğunu bilirsiniz. Həm dünyanı gəzin həm də işinizi görün. Pilotçular dünyanın hər yerində işləyə bilərlər. Ama təbii lisenziya önəmlidir. Avropa və ABŞ liseinziyası hrə yerdə keçərlidi.

7. Bank Rəhbərləri
Bankları idarə etmək hər zaman gözəl qazanc mənbəyidir. Ama bank rəhbəri olmaq üçün bir az daha çox çalışmaq, gözəl idarəçilik bacarığına aid olan sahələri bitikmək lazımdır. Bunun üçün Bank İdarəçiliyi, BBA, MBA və ya Maliyyə İdarəçilik kimi sahələri bitirmək yetərlidir.

8. Fəza Mühəndisləri


Dünyanın hər zaman ehtiyac olduğu ixtisas. Astronomiya sahəsini sevənlər üçün çox yaxşı seçimdir. Bakidan bu sahədə oxuyub işini avropada davam etdirən insalar var və bu çox sevindirici haldır. Fəza mühəndisliyi avropada özəlliklə Munhen universitetində çox güclüdür. Bakıda bu sahə yoxdur. Təyyarə mühəndisləri ən çox qazananlar arasındadır.

9. İnsan Resusrları Rəhbəri


Çox yüksək gəlirli kimi görünməsə də Azərbaycanda ən önəmli işdir. Bakıda bu sahəyə çox ehtiyac var. Bakıda öncələr insan resursları deyə bir sahə yox idi. Xarici şirkətlər gələndən sonra bu sahə moda mindi. İndi Bakıda ən önəmli işlərdən biridir. Xaricdə zamanında bu sahəni bitirənlər indi SOCAR kimi məşhur şirkətlərdə insanlar resurslar şöbəsinin rəhbəridir.

10. Tibb və ya Həkimlik


Həkimlik sahəsi dünyanın tarix boyu ən hörmətli və qazanclı sahəsidir elə bir insan ola bilməzki o il ərzində heç vaxt həkimə müraciət etməsin ona görədə həkimlərə daim tələbat olmuşdur və olacaqdır (təbiiki savadlı həkimə). Həkim olmaq üçün ölkəmizdə dövlət və özəl xəstəxanalarda çalışmaq mümkündür. Özəl xəstəxanalarda həkimlərin orta aylıq maaşı 2000 manat civarındadır. Dövlət xəstəxanalarında isə dünyanın bütün ölkələrində özəl xəstəxanalarla müqayisədə maaş aşağıdır.
Həkim olmaq üçün hamımız bilikki ölkəmizdə yeganə tibbi təhsil verən müəssisə Azərbaycan Dövlət Tibb Universitetidirki burada qəbul TQDK 4-cü qrup üzrə aparılır və keçid balı 500 baldır. Təhsil müddəti isə dünyanın bütün yerlərində olduğu kimi 6 ildir. Yəni həkim olmaq üçün 6 il əziyyət çəkəcəksiniz amma sonunda ömür boyu rahat iş tapa biləcəksiniz. Xaricdə isə tibb ixtisaslarına qəbul həm proses olaraq çətindir həmdə təhsil haqqı yüksəkdi.

Tibb üzrə ən yaxşı ölkələr isə Amerika, İngiltərə, Almaniya və Türkiyədir. Avropa və Amerika ölkələrində təhsil haqqı 25 min dollardan başlayır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə