Cənnət meyvələrindən biri olan xurma, insan bədəninin gümrah və sağlam qalması üçün lazımlı qidaların bir çoxunu tərkibində saxlayır.
Elm adamlarının tədqiqatına görə xurma və su ilə uzun müddət yaşamaq olar. İsti bölgələrdə yetişən xurma, tərkibində olan şəkər və melatonin sayəsində bağırsaq sistemini gücləndirir, həzm sistemini yaxşılaşdıraraq arıqlamağa kömək edir. Bəlğəm, öskürək, soyuqdəymə, mədə xorası və qripə qarşı təsirlidir.

Onuda qeyd etmək lazımdır ki, xurmanın narıncı rəngi onun tərkibində beta-karotin maddəsinin çoxluğu ilə izah olunur.
Bu maddə görmə qabiliyyətini artırır, vaxtından əvvəl qocalmanın və ağ ciyər xəstəliklərinin qarşısını alır. Bununla yanaşı xurma meyvələrindəki beta-karotin yetərincə C və PP vitaminləri ilə zəngindir. Bu vitaminlər yorğunluq və depressiyanın aradan qaldırılmasına, dəri və saç sağlamlığında faydalı təsir göstərir.
Maqnium, dəmir və yod maddələri isə ürəyin işini yaxşılaşdırır.

Xurmanın başlıca dəyəri ürək-damar sistemi xəstəliklərində istifadə olunan bitki şəkəri ilə zənginliyidir. Digər faydaları isə aşağıdakılardır:

Beyni və yaddaşı gücləndirir
Xolestrola qarşı təsirlidir
Uşaq inkişafına qatqı təmin edir
Şəkər xəstəliyi və yüksək təzyiq kimi xəstəliklərə faydalıdır
Qan şəkərini tarazlayır
Sümük əriməsinə təsirlidir
Gözləri qüvvətləndirir
Qaraciyər narahatlıqlarına yaxşı təsir edir
Cinsi sağlamlığa faydalıdır
Sağalmayan xəstəliklərə təsirlidir

Xurma alarkən, onun kal və yaxud yetginliyini müəyyənləşdirmək üçün qabığındakı qəhvəyi zolaqlara fikir vermək lazımdır.
Zolaqlar nə qədər çoxdursa, deməli xurma bir qədər şirindir. Xurma həm təzə, həm də qurumuş şəkildə faydalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə