Qara dəniz bölgəsinin ən qədim yaşayış məntəqəsi kimi tanınan Samsun şəhərindəyik. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Samsun şəhəri strateji mövqeyinə görə əsrlər boyu Qara dənizin Anadoluya açılan qapısı olub. Onun tarixi yonma daş dövrü kimi də tanınan Paleolit dövrünə gedib çıxır. Əslində bölgədəki mağaralarda aparılan qazıntılar insanların burada 60 min il əvvəl məskunlaşdığını ortaya qoyub. Çünki buradan bölgəyə həyat verən çox əhəmiyyətli bir çay olan Kızılırmak çayı axır. Bərəkətli düzənliklər, iqlim və mis mədənləri hər dövrdə insanların Samsun və ətrafında məskunlaşmasında mühüm rol oynayıb. Şəhər Xet, Fars, Pontus, Roma, Bizans və Osmanlı imperiyasına ev sahibliyi edib.
Bugünkü səfərimizə Xet dövrünə aid tapıntıların çıxarıldığı Tekkeköy mağaralarından başlayaq. Tekkeköy mağaralarının yerləşdiyi vadinin 60 min illik yaşı var və dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğu düşünülür. Bu mağaralar həm də Qara dənizdə insanların məskunlaşdığı ilk yer olma xüsusiyyətinə malikdir. Tekkeköy mağaraları müxtəlif dövrlərə aid bir çox təbəqədən ibarətdir. Qazıntılar zamanı qırmızı rəngli keramika məmulatları, qara fonda ağ boya ilə çəkilmiş həndəsi naxışlı qablar, vazalar aşkar edilib. Tekkeköy mağaraları Arxeologiya vadisindəki tapıntılar açıq səma altında muzey kimi dizayn edilib və bəşər tarixinin keçmişini əks etdirir.
Bölgənin ev sahibliyi etdiyi sivilizasiyaları yaxından görməmizi təmin edəcək başqa bir dayanacaq nöqtəsi isə Asarkale və buradakı Qaya məzarlarıdır. Bu yer Ellenistik dövrdə müdafiə məqsədi ilə tikilib. Burada əsas qayaya oyulmuş üç qaya qəbir var.
Arxeoloji səfərimizə Xet dövründən Nerik şəhəri ilə davam edək. Nerik Xet coğrafiyasında azsaylı müqəddəs şəhərlərdən biridir. Müqəddəs Nerik şəhəri Samsunun Vezirköprü qəsəbəsindəki Oymaağaç kurqanında yerləşib. Qazıntılar zamanı mixi lövhələr, silahlar, əkinçilik alətləri, yeraltı nərdivan və müqəddəs fəvvarə aşkar edilib.
Tarixi 4000 il əvvələ uzanan qədim Nerik şəhərini tərk edərək, təxminən 10 km uzaqlıqdakı Şahinkaya kanyonuna doğru yola çıxaq. Kanyon Kızılırmak çayı üzərində qurulmuş Altınkaya səddinin gölündə yerləşir. Şahinkaya kanyonu Türkiyenin ikinci ən böyük su kanyonudur. Kanyon həm uzunluğu, həm də dərinliyi ilə diqqət çəkir. Bu nadir kanyonda düşərgə qura, qayayadırmanma, yamac paraşütü və sualtı dalğıc kimi fəaliyyətlər göstərə bilərsiniz. Yaxud qeyd etdiyimiz adrenalinlə dolu idman növlərinə üstünlük vermirsinizsə, qayıqla gəzə bilərsiniz. Gəlin hamımız buradakı qayıqlardan birinə minib mənzərədən həzz alaq. Əmin olun, kanyonun daraldığı dərədən keçərkən suyun dərinliyi və hər iki tərəfdə yüksələn sıldırım yamaclar nəfəsinizi kəsəcək!
Samsunun təbiət və yürüyüş həvəskarları üçün təklif etdiyi digər alternativlər də var. İndi buyurun onlara üz tutaq. Akalan şəlalələri yüksəkdən axan 18 şəlaləsi ilə insanı özünə heyran qoyur. Düşərgə, trekking və şəkil çəkmək üçün bənzərsiz bir mühit təmin edən Kabaceviz şəlalələri, bənzərsiz göl mənzərəsi ilə Dovşan dağı, çoxlu şəlalələri olan Gölalan şəlaləsi, canlı təbiəti və bataqlıq əraziləri ilə Amazon təbiət parkı, Samsunda yaşıllıqdan və sakitlikdən həzz alacaqsınız və təbiətlə qoy-boyun olacaqsınız.
Kızılırmak Deltası Beynəlxalq Bataqlıq və Quş Cənnəti Türkiyenin ən əhəmiyyətli bitki sahələrindən biri olan Yeşilırmak Deltası haqqında isə danışmağa vaxtımız yoxdur. Daşığıdı əhəmiyyətə görə təkcə Türkiye üçün deyil, dünya üçün dəyərli olan bu iki sahəyə növbəti proqramımızda baş çəkəcəyik.
Keçən həftə səfərimizdə iştirak edə bilməyən sərnişinlərimizə xatırladaraq bugünkü səfərimizi yekunlaşdıraq. Samsun şəhərinin Türkiye Cümhuriyyətinin yaxın tarixində böyük yeri var. Çünki Türkiye Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk müstəqilliyə gedən yolun ilk mərhələsini Samsundan başlayır. Bu səbəbdən Samsun və rayonlarında Atatürkün xatirəsinə həsr olunmuş muzeylər fəaliyyət göstərir. Havza Atatürk Evi muzeyi, Qazi Muzeyi Mustafa Kamal Atatürkün şəxsi əşyalarının sərgiləndiyi muzeylərdən bəziləridir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



