Vaksinlərin qeyri-bərabər paylanmasına münasibət...

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus 100-dən çox ölkədə vaksinasiya səviyyəsinin hələ də 40% hədəfinə çatmadığını bildirib.

SİA-nın xəbərinə görə, Qebreyesus bu ölkələrin yarıdan çoxunun Afrika qitəsinə mənsub olduğunu vurğulayıb.

“Dünyada peyvəndlərin 80%-dən çoxu Böyük İyirmilik ölkələrinin payına düşür. Əsasən Afrikada olan aşağı gəlirli ölkələrə isə istehsal olunan vaksinlərin yalnız 0,6%-i göndərilib. Vaksin qeyri-bərabərliyi nə qədər çox davam edərsə, virusun bir o qədər heç kəsin qarşısını ala bilməyəcəyi üsulla yayılma və mutasiya etmək imkanı olacaq”, deyə təşkilat rəhbəri bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə