Günümüzdə kompüter və mobil cihazlardan hədsiz dərəcədə çox istifadə edilməsi göz xəstəliklərinin daha da artmasına səbəb olub. "Göz zəifliyi müxtəlif səbəblərdən baş verə bilər. Refraksiyon, şəkərli diabet, anadangəlmə kataraktalar, qaloucoma, uveit və s." Bu sözləri SİA-ya açıqlamasında oftalmoloq Qurban İsmayılov bildirib.
Həkim bildirib ki: "İnsanlar arasında son zamanlar göz xəstəliklərinin artması ilə bağlı fikirlər dolaşır. Düşünürəm ki, xəstəliklər bütün dövrlərdə eyni səviyyədə olub. Hazırda xəstəlik sayının artması bütün dünyada diaqnostikanın müasir səviyyədə aparıla biləcək tibbi avadanlıqların olması ilə əlaqəlidir. Telefon və kompüterdən istifadənin çox olması cavanlarda akomadasiyanın spazmı və bütün adamlarda quru göz sindiromu əmələ gətirə bilər. Kitab oxumaq, kompüterdə elmlə məşğul olmaq göz xəstəliyi yarada bilməz".
Digər müsahib cərrah, oftalmoloq Humay Əlizadə qeyd edir ki: "Son zamanlar kompüter, telefon, ümumiyyətlə, texnologiyanın inkişafı bizim yaxın məsafədə daha çox iş görməmizə səbəb olur. Gözün yaxın məsafədə işi artdığı üçün akkomodasiyanın spazmı yaranır və bu miopiyanın ( uzaqdan zəifgörmənin ) inkişafını artırır. Bundan əlavə ətraf mühit kirliliyi, ozon təbəqənin kifayət qədər ultrabənövşəyi şüalarin qarşısını kəsə bilməməsi bu şüaların gözə zərərli təsirini artırır. Eyni zamanda kompüter şüaları müxtəlif cihazlardan cıxan şüalar da gözə zərərlidir.
Bunlardan qorunmaq üçün kompüterdən çıxan göy işıqdan qoruyucu Blue blok şüşəli eynəklərdən, ultrabənövşəyi şüalardan, parlaq işıqdan qoruyan UV blok, polyarizəedici filtrləri olan günəş eynəkləri istifadə etmək məsləhət görülür".
Çinarə Muradova
Bütün xəbərlər Facebook səhifəmizdə