Bakıda piyada faciəvi şəkildə öldü

Paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində “Mercedes” markalı avtomobillə paytaxt sakini İ.Litvinenko vurulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, yanvarın 26-da saat 6 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini R.Manafov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini İ.Litvinenkonu vurmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...